"Ümumiyyətlə Ermənistan ordusunun saxlanılması, fəaliyyət göstərməsi bütün ölkələrdə olduğu kimi birbaşa iqtisadi durumdan asılıdır". BunuSİA-ya beynəlxalq ekspert Tamerlan Vahabov Ermənistanda ordusunda mütəmadi hal alan anarxiya və intiharların artmasına münasibət bildirərkən deyib.Ekspertin sözlərinə görə, iqtisadi durumda öz növbəsində həm də siyasi hakimiyyətə, ölkədə siyasi sabitliyin saxlanılmasına xidmət edir: "Yəni bunların hər biri bir-biri ilə bağlı olan məsələlərdir. Bildiyiniz kimi, biz Ermənistan iqtisadiyyatı əsasən son dövrlərdə də (əsasən 1990-2000-ci illərdə) müşahidə etmişik və hal-hazırda da müşahidə edirik. Beləcə məlum olur ki, ölkənin iqtisadiyyatında çox aşağı artım dinamikası hökm sürür. Hətta son günlərdə Dünya bankının proqnozlarına görə, iqtisadiyyatın artımı lap aşağı faiz dərəcəsində olacaq. Təbii ki, bu da Ermənistan ordusundakı döyüş qabiliyyətinə, döyüş ruhuna və s. təsir edir. İntizam olmayan yerdə isə işğalçı ölkənin ordusunda anarxiya da, intiharlar da olacaq. Bütün bunlar həm də siyasi hakimiyyətin zəifliyi ilə əlaqədardır. Sarkisyan rejiminin hazırda qeyri-leqitim olması, eləcə də xalqın iqtidara dəstəyinin olmaması bu ziddiyətləri daha da kəsnkiləşdirir".
sia.az