PDF Oxu

Siyasət

  • 39

Razi Nurullayev: “Milli Şuradan çıxarıla bilərəm”

Razi Nurullayev: “Milli Şuradan çıxarıla bilərəm”

"Mən təbii ki, Milli Şuranın üzvüyəm, müstəqil olaraq fikirlərimi deməkdə davam edəcəm və Milli Şuradan da getmək fikrim yoxdur". Bu sözləriSİA-ya açıqlamasında AXCP-nin sabiq sədr müavini Razi Nurullayev deyib.Onun sözlərinə görə, AXCP –nin imtiyazları daha çox olduğundan onun Milli Şuradan çıxarılması ilə bağlı bir qərar qəbul oluna bilər: "Mənim mübarizəm təşkilatlar üçün deyil, dəyərlər üçündür. Bunun üçün də mən uğrunda savaşdığım o dəyərlər üçün mübarizəmi davam etdirəcəm. Bu gün də mən öz mübarizəmi davam etdirirəm. Yəqin ki, müəyyən vaxtdan sonra mən də öz siyasi təşkilatımı formalaşdıracam. Bu təşkilatın forması ilə bağlı yaxın zamanlarda da qərar qəbul edəcəm".

sia.az

Digər xəbərlər