"Əgər Amerika və Rusiya istəsələr, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi anındaca həll oluna bilər. Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib və düz də deyib". SİA-nın məlumatına görə, bu barədə millət vəkili Sahib Alıyev öz "facebook" səhifəsində məlumat paylaşıb.Deputatın sözlərinə görə, Rusiyanın problemin həllini niyə istəmədiyi aydındır, görəsən Amerika niyə istəmir? O da aydındır: "Yüz illər boyu Rusiya ermənilərdən hansı məqsədlər üçün faydalanıbsa, Amerikanın da o cür faydalanmaq niyyəti var. Hələlik məhdud çərçivədə olsa da, faydalanır".
sia.az