PDF Oxu

Siyasət

  • 30

Zahid Oruc: “Qondarma qurum heç vaxt BMT-də təmsil olunmayacaq”

Zahid Oruc: “Qondarma qurum heç vaxt BMT-də təmsil olunmayacaq”

"Qondarma "Dağlıq Qarabağ Respublika"sında 1994-cü ildən başlayaraq qanunsuz seçkilər keçirilir. Bununla da həmin "hakimiyyət" orqanlarına legitimlik xarakteri qazandırmağa çalışırlar". Bunu SİA-ya millət vəkili Zahid Oruc deyib.Onun sözlərinə görə, proses nəinki hüquqi müstəvidə deyil, eləcə də açıq-aşkar beynəlxalq hüququn tələblərinə ziddir: "Çünki Azərbaycan ərazisi kimi BMT-də tanınmış və bütün beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünü qəbul etdiyi bir şəraitdə ora hansı xarakterli seçkilərin keçirilməsinin heç bir önəmi yoxdur. Yəni, istər prezident, istər parlament, eləcə də digər "hakimiyyət təsisatları" heç bir halda Azərbaycanın razılığı olmadan seçki keçirməklə beynəlxalq tanınma qazana bilməz. Bu qondarma "Dağlıq Qarabağ Respublika"sını xarici əlaqələr quruculuğuna və yaxud onun beynəlxalq təşkilatlarda təmsilçiliyinə aparıb çıxarmayacaq. Yəni, qondarma "Dağlıq Qarabağ Respublika"sı heç vaxt BMT-də təmsil olunmayacaq".Millət vəkili deyib ki, qondarma qurumda keçirilən "seçkilər" bir neçə saxta müşahidəçinin nəzarəti altında keçirilir: "Belə ki, "kampaniya"nın özünə "demokratiklik" fonu qazandırmaq üçün ayrı-ayrı namizədlər çıxış edir. Lakin, bəllidir ki, hər bir hərəkət Ermənistan tərəfindən total bir şəkildə nəzarətdədir. Samvel Babayan adlı bir şəxs vardı. Hansı ki, o, "Dağlıq Qarabağ Respublika"sının saxta müdafiə naziri hesab olunurdu. O, müxtəlif hakimiyyət iddialarına düşdü və prezidentlik kampaniyasına qoşuldu. Ona qarşı dərhal qəsdlər, qısnamalar, çox kəskin şəkildə fiziki təhdid etmə prosesi aparıldı və sonda o meydanı tərk etmək məcburiyyətində qaldı. Ona görə Ermənistanın özü qeyri-demokratikdirsə, qondarma qurumda hansı qanunçuluqdan söhbət gedə bilər? Bu torpağı özü, onun üzərindəki bütün hüquqlar, hərəkətlər, hər hansı bir hakimiyyət subyektlərinin yaradılması iradəsi Azərbaycana məxsusdur. Ümidvaram ki, sonda belə də olacaq".

sia.az

Digər xəbərlər