Martın 5-6-da Parisdə Avropa Şurası Parlament Assambleyası (AŞPA) Bürosunun və Daimi Komitəsinin iclasları keçiriləcək. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, iclaslarda Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, təşkilatdakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iştirak edəcək.Tədbirlərdə Avropa Şurasına üzv dövlətlərdə qanunun aliliyinə olan təhdidlər, Avropa institutları və insan haqları, miqrant diasporların demokratikləşmə prosesində iştirakı və bir sıra təşkilati məsələlər müzakirə olunacaq.
sia.az