ATƏT-in Minsk qrupunun fransalı həmsədrinin Dağlıq Qarabağa tez-tez səfərlər etməsi heç də düzgün addım deyil". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.Onun sözlərinə görə, vasitəçilərin qarşısına qoyulan ilkin şərt onun neytral olması ilə bağlıdır: "Ən önəmlisi isə həmsədrlər atdıqları addımlarda münaqişə vəziyyətindən çıxış etməlidirlər. Bu baxımdan Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə rəsmi Bakının icazəsi olmadan edilən istənilən səfərlər ilk növbədə Azərbaycanın maraqlarına ziddir və ən əsası da ölkəmizin mövqelərinə edilən hörmətsizlikdir. Digər tərəfdən isə bu addımlar hüquqi cəhətdən qeyri-məqbul sayılır. Təbii ki, bu kimi addımlar bir daha göstərir ki, Fransa ATƏT-in Minsk qrupunun vasitəçi dövləti olaraq münaqişənin həllində heç bir səmərəli iş görmür və görməyəcəkdir".
sia.az