Bu gün Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatı Gənclər Birliyinin IV hesabat-seçki konfransı keçirilib. SİA-nın məlumatına görə, konfransda YAP Xətai rayon təşkilatının sədri, millət vəkili Hüseynbala Mirələmov, Xətai rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov, YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və gənclər iştirak ediblər.Konfransı giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov deyib ki, 1992-ci ildə Azərbaycan xalqının xilaskarı, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Yeni Azərbaycan Partiyası şərəfli və çətin yol keçib, ölkənin ictimai-siyasi həyatında hər zaman fəal rol oynayıb".H. Mirələmov vurğulayıb ki, bu gün Azərbaycanda dövlət gənclər siyasəti uğurla həyata keçirilir.Hesabat məruzəsi ilə çıxış edən YAP Xətai rayon təşkilatı Gənclər Birliyinin sədri Sərxan Əliyev hesabat dövründə rayonda gənclərin davamlı inkişafı üçün görülən işlərdən, YAP Xətai rayon təşkilatının Gənclər Birliyinin həyata keçirdiyi tədbirlərdən bəhs edib.S. Əliyev diqqətə çatdırıb ki, hazırda YAP Xətai rayon təşkilatını 17081 nəfər üzv birləşdirir: "Bu üzvlərdən 3759 nəfərini gənclər, 8369-nu qadınlar, 4953-nü isə kişilər təşkil edir. Hesabat dövründən keçən müddət ərzində YAP Xətai rayon təşkilatına üzv olan gənclərin sayı durmadan artıb. Hesabat dövründə YAP Xətai rayon təşkilatından 470 gənc partiyamıza üzv olub".Məruzə ətrafındakı çıxışlarda ölkədə həyata keçirilən gənclər siyasəti gənclərin bütün təbəqələrinin hərtərəfli inkişafını, ölkənin ictimai-siyasi həyatında onların yaxından iştirakını təmin etdiyi fikri vurğulanıb.Konfransda çıxış edən YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə vurğulayıb ki, əsası ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Xətai rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov isə çıxışında gənclərə tapşırıq və tövsiyələrini verib, partiya gənclərinə fəaliyyətlərində uğurlar arzulayıb.Konfransda rayon gənclər birliyinin şura və idarə heyətinin yeni tərkibi seçilib. Sərxan Əliyev yenidən YAP Xətai rayon təşkilatı Gənclər Birliyinin sədri seçilib.Sonda YAP Gənclər Birliyinin respublika Konfransına 8 nəfər nümayəndə seçilib.Qeyd edək ki, konfransdan öncə Xətai rayon ərazindəki Heydər Parkında yerləşən Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.
sia.az