PDF Oxu

Siyasət

  • 37

Gənclər dövlətçiliyimizin möhkəmləndirilməsinə öz töhfələrini verirlər

Gənclər dövlətçiliyimizin möhkəmləndirilməsinə öz töhfələrini verirlər

YAP Naftalan şəhər təşkilatı gənclər birliyinin IV hesabat-seçki konfransı keçirilib

YAP Naftalan şəhər təşkilatı gənclər birliyinin IV hesabat-seçki konfransı keçirilib. Konfransda Naftalan şəhər icra hakimiyyətinin başçısının müavini Afət Cabbarova, YAP Naftalan şəhər təşkilatının sədri Hatəm Qocayev, rayon ziyalıları və fəal gənclər iştirak ediblər.

Konfrans öz işinə başlamazdan əvvəl Azərbaycanın Dövlət Himni səsləndirilib, sonra Yeni Azərbaycan Partiyasının yaradıcısı Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə YAP Naftalan şəhər təşkilatının sədri Hatəm Qocayev açaraq, tədbirdə 80 nəfər nümayəndədən 78 nəfərinin iştirak etdiyini bildirib və konfransın işinə uğurlar arzulayıb.

H.Qocayev çıxışında gənclərə göstərilən yüksək diqqət və qayğıdan danışıb. O bildirib ki, gənclərin ölkənin ictimai-siyasi həyatında yaxından iştirakı üçün geniş imkanlar açılıb:"Azərbaycan gəncliyi ölkənin ictimai-siyasi, sosial-iqtisadi və digər sahələrində aktiv fəaliyyət göstərir, müasir və yeni düşüncə tərzi, yeni texnologiyalardan istifadə sahəsində intellektual imkanları və yaradıcılığı ilə dövlətçiliyimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verir.

YAP Naftalan şəhər təşkilatı gənclər birliyinin sədri Aynurə Novruzova hesabat məruzəsi ilə çıxış edərək, ötən dövr ərzində görülən işlərə nəzər salıb. A.Novruzova qeyd edib ki, YAP Naftalan şəhər təşkilatının gənclər birliyi 1995-ci ildə təsis olunub: "Bu gün şəhər partiya təşkilatının 1146 üzvündən 377 nəfərini gənclər təşkil edir. Hesabat dövründə partiya sıralarına 279 nəfər gənc qəbul edilib. Gənclərimiz şəhərin ictimai-siyasi həyatında fəal iştirak edir, bütün sahələrdə, həmçinin elmdə və təhsildə böyük uğurlar qazanıblar".

A.Novruzova Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə layiqincə həyata keçirilən dövlət- gənclər siyasətindən və bu siyasətin uğurlu bəhrələrindən danışıb. Konfransda gənclər adından çıxış edən Ayxan Əsgərov, Aysel Məmmədova və başqaları ölkə Prezidenti Cənab İlham Əliyev tərəfindən gənclərə göstərilən qayğı və diqqəti əməli işlərində layiqincə doğruldacaqlarını, Naftalan şəhərinin tərəqqisi və çiçəklənməsi naminə var qüvvələrini əsirgəməyəcəklərini bildiriblər.

YAP Naftalan şəhər təşkilatı gənclər birliyinin hesabat dövründəki fəaliyyətini qənaətbəxş hesab olunub. Konfransın qətnaməsi və qərarı qəbul olunub. Sonra konfransda təşkilatı məsələlərə baxılıb. YAP Naftalan şəhər təşkilatı gənclər birliyinin şura və idarə heyətinin üzvləri, sədr və müavinləri seçiliblər. Aynurə Novruzova yekdilliklə yenidən YAP Naftalan şəhər təşkilatı gənclər birliyinin sədri seçilib. Həmçinin, YAP Gənclər Birliyinin respublika konfransına nümayəndələr seçilib.

Naftalan şəhər icra hakimiyyəti başçısının müavini A.Cabbarova və YAP Naftalan şəhər təşkilatı sədri H. Qocayev gənclər birliyinin yeni heyətini təbrik edərək, onlara gələcək işlərində nailiyyətlər arzulayıblar. Naftalan gənclərinin daim dövlətçiliyimizə, Ulu Öndərə sədaqətli olduqlarını, bundan sonra da yeni zəfərlərə imza atacaqlarına əmin olduqlarını bildiriblər.

ZÜMRÜD

Digər xəbərlər