"Bölgədə baş verən hər hansı bir hadisəyə münasibət bildirərkən ümumilkdə təhlükəsizlik konteksinə fikir verməliyik. Hal-hazırda dondurulmuş, atəşkəs rejimində olan münaqişələrdən başqa, bölgədə Ukraynanın şərqində gedən münaqişələri müşahidə etməkdəyik. Bu da təbii ki, bütün regiona öz təsirini göstərir". Bu fikirləri SİA-ya politoloq Tamerlan Vahabov Rusiyanın Xəzər dənizinin özlərinə məxsus sektoruna hərbi donanmasını çıxarması və bunun hansı məqsədə xidmət etməsinə münasibətini açıqlayarkən deyib. Politoloq qeyd edib ki, Rusiya-Ukrayna münaqişəsi regionda həm də təhlükəsizlik iqliminə təhdidlər yaradır: "Regionun əsas güc dairələrindən olan Rusiyanın bu sahədə hərbi təlimlərini artırmasına normal hal kimi baxıram. Çünki Xəzər hövzəsi, Qara dəniz hövzəsi ümumi təhlükəsizlik koridoruna baxanda yeganə bir konteksi təşkil edir".Tamerlan Vahabov həmçinin gələcəkdə Rusiyanın Azərbaycan və Qazağıstanla birgə hərbi təlimləri gözlənilir: "Bu addımı ümumi təlim, məşğələ və kommunikasiya əlaqələndirilməsinə müsbət təsir edən addım kimi dəyərləndirmək olar".
sia.az