PDF Oxu

Siyasət

  • 30

Millət vəkili: “Çağırış edənlər riyakarlıq edirlər”

Millət vəkili: “Çağırış edənlər riyakarlıq edirlər”

"Ermənistan o gücdə deyil ki, ABŞ Dövlət Departamentinin və ATƏT-in Minsk qrupunun həmsədrlərinin hər hansı birinin azərbaycanlı girovların azad edilməsi ilə bağlı çağırışını ciddi nəzərə almasın". Bunu SİA-ya millət vəkili Elman Məmmədov deyib.Onun sözlərinə görə, sadəcə o çağırışı edənlər riyakarlıq edirlər: "Yəni çağırışlarında rəsmi ciddiyyət yoxdur və məsələni ciddi qoymurlar. Onlar qəti mövqe ortaya qoysalar ki, bu insanlar cinayət törətməyiblər, öz ölkələrində, ərazilərində hərəkət ediblər, silahsız dinc insanlardır, sadəcə siz cinayət edərək onların ərazisini işğal etmisiniz, cinayət edərək bu insanların ev-eşiyini dağıtmısınız, cinayət edərək onlardan birini öldürmüsünüz və ona görə də onlar təxirə salınmadan təcili qaytarılmalıdır. Biz bunu tələb edirik. Bu qaydada desələr, təbii ki, cinayətkar, təcavüzkar dövlət onların bu tələbinə əməl edər. Ancaq onlar tələb formasında demirlər. Bu da oyunun bir növüdür. Bunu da işğalçı dövlət yaxşı başa düşür, ona görə də əməl etmir".

sia.az

Digər xəbərlər