PDF Oxu

Siyasət

  • 29

Mübariz Qurbanlı: "Ermənistan hansı oyundan çıxsa da fakt faktlığında qalır"

Mübariz Qurbanlı: "Ermənistan hansı oyundan çıxsa da fakt faktlığında qalır"

Bu gün Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikası Ərazilərinin Ermənistan Silahlı Qüvvələrinin İşğalı Nəticəsində İtki və Tələfatların Qiymətləndirilməsi üzrə İşçi Qrupunun birgə təşkilatçılığı ilə "İşğal altında qalan abidələrimiz: vurulmuş ziyanın qiymətləndirilməsi" mövzusunda konfrans keçirilib.SİA-nın məlumatına görə, tədbirdə DQİDK-nın sədri Mübariz Qurbanlı, İşçi Qrupun rəhbəri, millət vəkili Xanhüseyn Kazımlı, din xadimləri və KİV nümayəndələri iştirak edib.DQİDK-nın sədri Mübariz Qurbanlı bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd işğal altında olan ərazilərimizin ümumi qiymətləndirilməsi və bunu dünya ictimaiyyətinə çatdırmaqdır: "Azərbaycanın 20 faiz torpağı işğal altındadır. Ermənistan dövləti hansı oyundan çıxsa da fakt faktlığında qalır ki, Azərbaycan əraziləri işğal olunub. Beynəlxalq aləmdə BMT səviyyəsində qəbul olunmuş sənədlər var. Həmin sənədə əsasən işğalçı ölkə vurduğu ziyana görə onu ödəməlidir. Bizim iqtisadi yolla apardığımız nəticələr uğurlu olub. Belə ki, Ermənistanın iqtisadi vəziyyəti çox acınacaqlı vəziyyətə düşüb. Azərbaycan əsgərinin mənəvi-psixoloji durumu Ermənistan əsgərindən qat-qat üstündür".M.Qurbanlı bildirib ki, Ermənistanın dini və tarixi abidəldərimizə vurduğu ziyan təxminən 1000-nə yaxınlaşmaqdadır: "Ən böyük istəyim odur ki, bu kimi məsələləri diqqətdən kənarda qoymasınlar".Millət vəkili Xanhüseyn Kazımlı isə diqqətə çatdırıb ki, biz Ermənistana qarşı mübarizəmizi davam etdirməliyik.Sonda tədbirə diskussiya şəklində yekun vurulub.

sia.az

Digər xəbərlər