PDF Oxu

Siyasət

  • 30

Rövşən Rzayev: “İsrail dövlət rəsmilərinin bu addımını yüksək dəyərləndirirəm” MÜNASİBƏT

Rövşən Rzayev: “İsrail dövlət rəsmilərinin bu addımını yüksək dəyərləndirirəm” MÜNASİBƏT

"Artıq İsrailin prezidenti BMT-nin baş assambleyasında Xocalı soyqırımının mövcudluğunu dilə gətirdi və bu da qeyd etdiyim fikirlərin reallaşmasında əhəmiyyətli rol oynayacaq". Bu fikirləri SİA-ya millət vəkili Rövşən Rzayev İsrail prezidenti və xarici işlər nazirinin Xocalı soyqırımı barədə səsləndirdikləri fikir və bəyanatlara münasibətini bildirərkən deyib.Millət vəkili bunu mühüm addım kimi qiymətləndirib: "Yəni bu, özlüyündə çox vacib bir addım idi. ABŞ-ın 17 ştatı, Avropanın bir sıra ölkələrinin, o cümlədən digər dövlətlərin Azərbaycanın ərazi bütövlüyünü tanımasında dövlətimizin apardığı siyasətin rolu böyükdür. Nə qədər çox beynəlxalq aləm Ermənistanın işğalçılıq siyasəti barədə dolğun məlumat alsa, bir o qədər də Azərbaycan öz ərazi bütövlüyünü tez bir zamanda həll etməyə müvəffəq ola biləcək. Bu baxımdan İsrail dövlət rəsmilərinin bu addımını yüksək dəyərləndirirəm".Rövşən Rzayev vurğulayıb ki, Azərbaycan daima sülhün tərəfdarı kimi çıxış edib: "İnanıram ki, bu kimi müsbət addımlar davamlı xarakter alacaq. Biz beynəlxalq aləmin Azərbaycana qarşı ədalətli mövqedə dayanmalarını istəyirik. Çünki bütün hallarda sülhün təmin olunmasının tərəfdarıyıq".

sia.az

Digər xəbərlər