PDF Oxu

Siyasət

  • 19

ARGTMŞ yekun konfrans keçirir

ARGTMŞ yekun konfrans keçirir

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Gənclər və İdman Nazirliyi, BMT-nin İnkişaf Proqramı, BMT-nin Əhali Fondu, UNİCEF və Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) birgə təşkilatçılığı ilə "BMT-in Post-2015 İnkişaf Gündəliyi və Azərbaycan Gəncliyi" adlı yekun konfrans keçirilir. SİA-nın məlumatına görə, bu konfrans Azərbaycanda iki il ərzində keçiriən Post-2015 milli məsləhətləşmələrin yoxlama ve yekun tədbiri olacaq. Tədbirdə BMT-nin yeni qlobal inkişaf gündəliyi, dayanıqlı inkişaf məqsədləri təqdim olunub və Azərbaycanın yeni inkişaf gündəliyindəki prioritetləri və problemləri müzakirə edilir.Konfransda BMT-nin Azərbaycandakı Rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Antonius Bruk, Azərbaycan Respublikasın Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, UNİCEF-in Azərbaycandakı nümayəndəsi Andro Şikaladze, BMT-in İnkişaf Proqramının rezident nümayəndəsinin müavini Nato Alhazişvili, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə və dövlət qurumlarının nümayəndələri iştirak edirlər.

sia.az

Digər xəbərlər