"Cəmil Həsənli müəmmalı şəkildə xarici ölkələrə etdiyi səfərlərini prezidentliyə namizəd olduqdan sonra daha da artırıb". Bu sözləri SİA-ya açıqlamasında Yurddaş partiyasının sədri Mais Səfərli deyib.
Onun sözlərinə görə, Cəmil Həsənli xarici ölkələrə gedərək özünə və müxalifət dairələrinə dəstək axtarmaq istəyir: "Ancaq mənim fikrimcə onun bu səfərləri əbəsdir. Çünki onlarla görüşən dairələr də məhz öz məqsədləri üçün Cəmil Həsənli kimi müxalifət nümayəndələri ilə görüşlər keçirirlər. Heç də təsadüfi deyil ki, bu səfərlər zamanı onları qəbul edən qüvvələrin böyük əksəriyyəti ermənipərəst siyasət yürüdürlər. Ancaq o ölkələrin hamısı demək olar ki, dövlət səviyyəsində Azərbaycanı tam dəstəkləyirlər. Həmin dövlətlərdə fəaliyyət göstərən həmin dırnaqarası təşkilatların anti-Azərbaycan fəaliyyətinin uğur qazanması mümkünsüzdür".
sia.az