PDF Oxu

Siyasət

  • 36

Musa Quliyev: "“Amnesty International” zəhərləməklə məşğuldur" AÇIQLAMA

Musa Quliyev: "“Amnesty International” zəhərləməklə məşğuldur" AÇIQLAMA

"Ümumiyyətlə Beynəlxalq hüquq müdafiə təşkilatı "Amnesty International"ın Azərbaycana heç vaxt müsbət ədalətli mövqeyi olmayıb". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev Beynəlxalq hüquq müdafiə təşkilatı "Amnesty International"ın bu ilin yayında Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarını boykot etməyə ünvanlanmış müraciətinə münasibət bildirəkən deyib.YAP rəsmisinin sözlərinə görə, sözügedən təşkilat ona görə yaranıb ki, sürətlə inkişaf etməkdə olan və dünya ölkələri düzənində özünə daha nüfuzlu yer tutmağa layiq, imkanı olan ölkələri həmişə müəyyən qarayaxmalarla, təhdidlərlə, böhtanlarla nüfuzdan salmağa çalışsın: "İndiyədək bu təşkilatın bütün arxivinə nəzər salsaq görərik ki, onun Azərbaycanla bağlı heç bir müsbət fikri olmayıb. Təbii ki, indiki məqamda da onların əllərinə təzə bəhanə düşüb. Bildiyiniz kimi, bu ilin yayında Azərbaycanda birinci Avropa Oyunları keçiriləcək. Azərbaycan dünya tarixinə ilk Avropa Oyunlarını keçirən dövlət kimi düşəcək. Onlar istəyirlər ki, müxtəlif bəhanələrlə (Ukraynadakı hadisələri ortaya atmaqla, guya Azərbaycanda insan haqlarının pozulması, siyasi məhbusların olması ilə bağlı, mətbuat azadlığına qəsd edilməsi və s.) özlərinin Avropadakı tamaşaçılarına, oxucularına müraciət etsinlər ki, Azərbaycana qarşı qarayaxma kampaniyasına başlasınlar".M.Quliyev bildirib ki, bu gün Azərbaycan xalqı öz Prezidentinə ürəkdən bağlıdır: "Azərbaycan xalqı öz Prezidentinin, iqtidarının siyasətini ürəkdən dəstəkləyir. Buna görə də onlar Azərbaycan daxilində heç bir müvəffəqiyyət əldə edə bilmirlər. İndi də onlar xarici auditoriyaya müraciət etməyə başlayırlar. İnanıram ki, burada da heç bir nəticə əldə etməyəcəklər. Çünki belə müraciətlər çox olub və bundan sonra da ola bilər. Bu ilin yayında Azərbaycanda I Avropa Oyunları çox yüksək səviyyədə keçiriləcək. Həmçinin də yüksək səviyyədə ölkəmizə gələn qonaqlara Azərbaycan xalqı öz münasibətini bildirəcək, qonaqpərvərliyini göstərəcək. İdman əslində birlik, bərabərlik, dostluq, sülh, qardaşlıq rəmzidir. İdman əslində xalqları birləşdirən, yaxınlaşdıran, eləcə də münasibətləri yaxşılaşdıran bir oyundur. Təbii ki, bu da Azərbaycanı daha da dünya, Avropa xalqlarına yaxınlaşdıracaq. Bu oyunlar Azərbaycanın uğurlarını, mədəniyyətini, inkişafını dünyaya bir daha nümayiş etdirəcək. Bu tək bir idman aksiyası deyil, eləcə də siyasi, nüfuz bir aksiyadır. Hesab edirəm ki, biz bu oyunları çox yüksək səviyyədə həyata keçirəcəyik. Bakıda keçirilən "Avroviziya" mahnı müsabiqəsində olduğu kimi bütün iştirakçılar Avropa Oyunlarından da razı qalacaqlar və Azərbaycanı yüksək qiymətləndirəcəklər. Ümumiyyətlə əqrəbin funksiyası odur ki, haradasa kimisə çalsın və zəhərləsin. Təbii ki, "Amnesty International" da əqrəb kimi bir təşkilatdır".

sia.az

Digər xəbərlər