PDF Oxu

Siyasət

  • 24

"Post-2015 İnkişaf Gündəliyi və Azərbaycan Gəncliyi” YENİLƏNİB

"Post-2015 İnkişaf Gündəliyi və Azərbaycan Gəncliyi” YENİLƏNİB

Bu gün Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, BMT-nin İnkişaf Proqramı, BMT-nin Əhali Fondu, UNİCEF və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təşkilatçılığı ilə "Post-2015 İnkişaf Gündəliyi və Azərbaycan Gəncliyi" Yekun Konfransı təşkil olunub. SİA-nın məlumatına görə, tədbir BMT-nin Post-2015 İnkişaf Gündəliyi, dayanıqlı inkişaf məqsədlərinin təqdim olunması, Azərbaycanın yeni inkişaf gündəliyindəki prioritetlərin və problemlərin müzakirə edilməsi məqsədi ilə təşkil olunub.Tədbirdə yüksək dərəcəli dövlət rəsmiləri, təşkilatçı qurumların rəhbərliyi, gənclər təşkilatlarının rəhbər, səlahiyyətli nümayəndələri və fəal gənclər iştirak edib. Tədbir zamanı mövzu üzrə əlaqədar dövlət rəsmiləri və təşkilatçı qrumların rəhbərliyinin çıxışları dinlənilib, Azərbaycanda 2 il ərzində həyata keçirilən milli məsləhətləşmələrin nəticələri nəzərdən keçirilib, gənclər təşkilatları və fəal gənclərlə fikir mübadiləsi aparılıb.Xatırladaq ki, BMT-in İnkişaf Proqramı, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və BMT-nin Əhali Fondunu tərəfindən həyata keçirilən "2015-ci ildən sonrakı əsas inkişaf məsələlərinin milli müzakirəsi: Vətəndaş Cəmiyyəti ilə dialoq: Gənclər" adlı Milli Məsləhətləşmələr 2014-cü ilin iyul – avqust aylarını əhatə edib. Milli Məsləhətləşmələr çərçivəsində Bakı, Gəncə və Quba şəhərlərində QHT-lər, hökumət qurumları, mətbuat orqanlarının nümayəndələri və fəal gənclərdən ibarət 100-ə yaxın gəncin iştirakı ilə məsləhətləşmələr keçirilib.Tədbirlərdə iştirakçılar tərəfindən səhiyyə, təhsil, gender bərabərliyi, sahibkarlığa dəstək, əlilliyi olan insanların cəmiyyətə inteqrasiyası, vətəndaş cəmiyyətinə və gənclərə dəstək olan şirkətlərə dövlət tərəfindən imtiyazların ayrılması və başqa məsələlər müzakirə olunmuş və ortaya çıxan problemlərin həllinə dair təkliflər verilib. Milli Məsləhətləşmələr çərçivəsində toplanan fikirlər və layihənin video və təsviri hesabatı Birləşmiş Millətlər Təşkilatının Baş ofisinə təqdim olunub. Bunun nəticəsində həyata keçirilən fəaliyyət və nəticələri BMT-nin İnkişaf Proqramının yekun hesabatında öz əksini tapıb.

yap.org.az

Digər xəbərlər