MÜNASİBƏT
"İlk dəfə keçirilən I Avropa Oyunları kimi mötəbər bir tədbir şübhəsiz ki, bütün dünyanın, mətbuatın diqqət mərkəzindədir. Amma bəzi beynəlxalq təşkilatlardan bu cür münasibət və mövqe birmənalı olaraq təəssüf doğurur.". Bu fikirləri SİA-ya millət vəkili Leyla Abdullayeva "Amnesty İnternational"-ın ölkəmizdə keçiriləcək I Avropa Oyunlarını boykot etmə çağırışına münasibətini bildirərkən deyib.Millət vəkili qeyd edib ki, erməni lobbisi və onları dəstəkləyən beynəlxalq təşkilatlar bütün imkanlarını bu mühüm beynəlxalq tədbiri qaralamağa yönəldiblər: "Avroviziya-2012 mahnı yarışması zamanı da oxşar hadisələrin şahidi olduq. O zaman da belə addımlar atılsa da,heç nəyə nail ola bilmədilər. Əminəm ki, bu dəfə də belə olacaq"."Amnesty İnternational"-ın bu cür qərəzli çağırışını qondarma erməni soyqırımının yüzilliyi ilə əlaqələndirən millət vəkili qeyd edib ki, ermənipərəstlər bu istiqamətdə aktivliklərini daha da artırıblar: "İçimizdə olan, erməni dəyirmanına su tökənlər, öz maliyyələrini xaricdən aldıqları pullar hesabına genişləndirənlər də bu beynəlxalq təşkilatları dəstəkləməkdə davam edirlər. Amma əmin olsunlar ki, Azərbaycan Avropa Oyunlarının ən yüksək səviyyədə keçirilməsinə nail olacaq. Buna heç kimin şübhəsi yoxdur. Ölkəmizin beynəlxalq tədbirləri keçirmək üçün bütün resursları, imkanları, o cümlədən də təcrübəsi mövcuddur. Azərbaycanın uğurlarını gözləri götürməyənlər növbəti dəfə fiaskoya uğrayacaqlar".
sia.az