"Bu təşkilat hüquq müdafiə fəaliyyəti sərgilədiyi üçün biz hüquq müdafiəçiləri bunların qərəzli çağırışına münasibət bildirməyi özümüzə borc bilirik. Ortaya qoyulan səbəb onu göstərir ki, ölkədə kifayət qədər narahatedici məqam tapa bilmədiklərindən heyvanların qətlə yetirilməsi ilə bağlı çağırışlar edirlər". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili, hüquq müdafiəçisi Çingiz Qənizadə deyib.Millət vəkili qeyd edib ki, dünyanın hər yerində sahibsiz itlərin zaman-zaman yığılması və zərərsizləşdirilməsi praktikası mövcuddur: "İndi niyə görə Azərbaycanı əllərində bayraq ediblər? Ölkəmizdə belə hallar olsa belə hansısa beynəlxalq tədbirin şübhə altına alınması, boykot edilməsi çağırışı olduqca gülüncdür. Təqdim olunan videogörüntülərdə belə heyvanların öldürülməsinin hansı ölkədə baş verdiyi aydın görünmür. Bu, həqiqətə uyğun olmayan bir iddiadır ortaya atıblar. Mənasız, lazımsız boykotlarla heç nə əldə edə bilməyəcəklər".Düşmən tərəfini dəstəkləyən, ölkənin imicinə zərər gətirməyə çalışan, siyasi divident əldə etmək istəyən özümüzün soydaşlarımızın hərəkətlərini isə qətiyyətlə pisləyən millət vəkili bu haldan təəssüf hissi keçirdiyini də qeyd edib.
sia.az