PDF Oxu

Siyasət

  • 23

Qüdrət Həsənquliyev: “Avropa oyunlarına kölgə salmaq istəyənlərə imkan verilməsin”

Qüdrət Həsənquliyev: “Avropa oyunlarına kölgə salmaq istəyənlərə imkan verilməsin”

"Azərbaycan ilk dəfə olaraq birinci Avropa oyunlarına ev sahibi edəcək. Hesab edirəm ki, ombudsman öz imkanlarından istifadə edərək Avropa Yay Olimpiya Oyunlarının tanıdılması işində aktiv olmalıdır". SİA-nın məlumatına görə, bu təkliflə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən iclasında çıxış edib.Q. Həsənquliyev deyib: "Biz bilirik ki, erməni diasporu, Azərbaycanı sevməyən qüvvələr var. Onlar beynəlxalq hüquq və müdafiə təşkilatlarını maliyyələşdirirlər. Dünyada insan hüquqları sahəsində ictimai rəyi beynəlxalq hüquq müdafiə təşkilatları yaradır. Odur ki, Elmira Suleymanova da imkanlarından və nüfuzundan istifadə edərək bəzi şəxslərin azadlığa çıxmasına nail olunsun və bu beynəlxalq idman yarışına kölgə salmaq istəyənlərə imkan verilməsin".

sia.az

Digər xəbərlər