PDF Oxu

Siyasət

  • 37

Siyavuş Novruzov: “6 aydır, İsveçrə Səfirliyi bir adamı gizlədir”

Siyavuş Novruzov: “6 aydır, İsveçrə Səfirliyi bir adamı gizlədir”

"Son dövrlər Azərbaycan dövləti haqqında olmazın böhtan, şər kampaniyaları aparan beynəlxalq təşkilatlar erməni mənşəli olanları, özlərinin qrant verib üzərindən "şapka" aldığı qeyri-hökumət təşkilatlarını, Azərbaycanın dövlət, hərbi, sirrini erməni xüsusi xidmət orqanlarına ötürənləri dəstəkləyənlərdir". SİA-nın məlumatına görə, bunu Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasındakı çıxışı zamanı bildirib.S. Novruzov qeyd edib ki, vaxtilə Bakıda keçirilən "Eurovision" yarışması ərəfəsində də belə kampaniya gedirdi: "Həmin təşkilatların idarə heyətində, maliyyə qaynaqlarında erməni izi var. Buradan onlara işləyən sapı özümüzdən olan baltalar da var. Bunlar AXCP sədri Əli Kərimli, onun ətrafındakı tör-töküntülər və erməni lobbisindən alaraq saxladığı QHT-lərdir. Hesab edirəm ki, millət vəkilləri, Ombudsman öz xətləri ilə bu məsələdə mövqeyini ortaya qoysun. Belə bir möhtəşəm tədbir bizim ölkəmizdə keçirilir. Bizim hörmətli həmkarımız Mehriban xanım Əliyeva bir-bir xarici ölkələri gəzərək Avropa Oyunlarını təqdimatını edir. Biz də bir işin qulpundan tutaq".S. Novruzov RATİ-nin sədri Emin Hüseynlinin İsveçrə səfirliyində gizlədilməsi məsələsinə münasibət bildirib: "6 aydır ki, İsveçrə səfirliyi bir adamı gizlədir. Bu adam 1 milyon 565 min qrant alıb, 240 min manat vergidən qaçıb. Mən ombudsmandan xahiş edirəm ki, İsveçrə səfirliyinə müraciət etsin. Qoy bu səfirlik 3 gün bir məcburi köçkünə və ya müəllimə yemək versin. Hələ bir dəfə eşitməmişik ki, bu qurumlar həkimi, müəllimi müdafiə etsin. Niyə onlar oğrunu, cinayətkarı, gizlədirlər və ona dəstək verirlər? Qanun var və qanun qarşısında hər kəs bərabər olmalıdır".

sia.az

Digər xəbərlər