PDF Oxu

Siyasət

  • 28

Strasburqda CPT-nin 25 illiyi qeyd edildi

Strasburqda CPT-nin 25 illiyi qeyd edildi

Avropa Şurasının təşkilatçılığı ilə Fransa Respublikasının Strasburq şəhərində, İşgəncələrə Qarşı Avropa Komitəsinin (CPT) 25 illiyi ilə əlaqədar 2 mart 2015-ci il tarixdə beynəlxalq konfrans keçirilib. Pentensiar Xidmətdən SİA-ya verilən məlumata görə, tədbirdə Avropa Şurasına üzv olan 47 ölkənin penitensiar sistemini təmsil edən əməkdaşlar, Avropa Şurasının, İşgəncələrə Qarşı Avropa Komitəsinin, insan hüquqları sahəsində fəaliyyət göstərən Avropa təşkilatlarının ekspertləri, Avropa İnsan Haqqları məhəkəməsinin hakimləri, Milli Ombudsman aparatlarının və Milli Preventiv Mexanizm Qruplarının nümayəndələri iştirak ediblər.Konfransda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyini İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin baş məsləhətçisi Kamil Mustafayev və Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin inspektoru Ruslan Cumayev təmsil ediblər.İşgəncələrə Qarşı Avropa Komitəsininin (CPT) prezidenti Lətif Hüseynovun, Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edən Belçikanın Ədliyyə Naziri Koen Geensin, Avropa Şurası Baş Katibinin müavini Gabriella Battaini-Dragoninin, Avropa Şurası Parlament Assembleyasının prezidenti Anne Brasseurin İşgəncələrə Qarşı Avropa Komitəsinin yaranma zərurəti, tarixi, fəaliyyət istiqamətləri, əsas məqsədləri, uğurları və gələcək perspektivləri barədə çıxışları dinlənilib, CPT-nin fəaliyyətinin Avropa Şurasının hər zaman diqqət mərkəzində olduğu vurğulanıb.Tədbirdə "Həbsxanalarda səhiyyə", "Cəzasızlığa qarşı mübarizə", "Yuvenal ədliyyə", "Tək kameralarda saxlanılma" və "Psixiatriyada yeni CPT standartlarına doğru" mövzularında müzakirələr aparılıb.Nümayəndə heyətimiz tərəfindən Azərbaycan Respublikasının penitensiar müəssisələrində saxlanma şəraitinin yaxşılaşdırılması və pis rəftar, işgəncə və cəzasızlığa qarşı mübarizənin gücləndirilməsi istiqamətində görülmüş işlər barədə tədbir iştirakçıları məlumatlandırılıb.

sia.az

Digər xəbərlər