PDF Oxu

Siyasət

  • 26

Sədaqət Vəliyeva: "Azərbaycanın inkişaf səviyyəsi dünyada müəyyən dairələri narahat edir"

Sədaqət Vəliyeva: "Azərbaycanın inkişaf səviyyəsi dünyada müəyyən dairələri narahat edir"

"Çox təəssüflə qeyd olunmalıdır ki, Azərbaycanda insan hüquqlarının vəziyyəti və demokratik inkişafın səviyyəsi dünyada müəyyən dairələri narahat edir. Elə bunun nəticəsidir ki, bəzi üzdəniraq ekspertlər, hüquq müdafiəçiləri və beynəlxalq QHT-lər reallıqdan uzaq məlumatlarla Azərbaycanın imicinə xələl gətirməyə çalışırlar". Bunu Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva "SƏS" qəzetinə açıqlamasında bildirib.

Deputat qeyd edib ki, bu gün bəlli qüvvələrin sayəsində insan hüquqları və demokratiya kateqoriyaları tamamilə bayağılaşıb. Sanki bu terminlər kimlərinsə əlində təzyiq alətinə çevrilib və ondan siyasi-iqtisadi maraqların təminatı üçün istifadə edilir: "Erməni lobbisinin təsiri altında olan təşkilatlar Azərbaycan haqqında qərəzli mövqe ortaya qoymaqdansa, Avropadakı və ABŞ-dakı islamofobiyaya, irqçiliyə, neofaşizmə nəzər salsınlar. Azərbaycan heç vaxt dini-etnik və ya irqi zəmində insident baş verməyib. Amma Avropa ölkələrində demək olar ki, hər gün deyilən kontekstdə qanlı hadisələr baş verir. Təkcə bu fakt kimin daha demokratik olması haqqında aydın təsəvvür yaradır".

Sədaqət Vəliyeva vurğulayıb ki, Azərbaycanda media və internet azaddır. Ölkəmizdə kifayət qədər fikir, mətbuat, söz azadlığı var: "Bütün sahələrdə insanların hüquqları yüksək səviyyədə təmin və müdafiə olunur. Amma onu da nəzərə almaq lazımdır ki, vəzifəsindən və mənsubiyyətindən asılı olmayaraq, hər kəs qanun qarşısında bərabərdir. Fərqi yoxdur, jurnalist, hüquq müdafiəçisi və s. hər kəs fəaliyyətinə görə özü cavabdehdir".

Milli Məclisin deputatı əlavə edib ki, hazırda insan hüquqlarından Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışanlar var: "Lakin düşünürəm ki, bütün bunlar nəticəsiz cəhdlərdir. Əgər avropalı, amerikalı hüquq müdafiəçiləri, yaxud beynəlxalq QHT-lər həqiqət axtarışındadırlarsa, o zaman Azərbaycanın 1 milyondan çox qaçqın və məcburi köçkünün hüquqlarını müdafiə etsinlər, Ermənistanı təcavüzkar siyasətinə görə qınasınlar və onun rəhbərlərinin cəzalandırılmasına səy göstərsinlər. Bax, o zaman ədalət öz yerini tapar!"

R.KAMALQIZI

Digər xəbərlər