PDF Oxu

Siyasət

  • 26

“Azərbaycan Avropa mədəniyyətinə çox şeylər öyrədə bilər” AÇIQLAMA

“Azərbaycan Avropa mədəniyyətinə çox şeylər öyrədə bilər” AÇIQLAMA

YAP Xəzər rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Namiz Əhmədovun SİA-ya müsahibəsi

"Azərbaycan Avropanın tarixində ilk dəfə baş tutacaq Yay Olimpiya Oyunlarını ən yüksək səviyyədə keçirmək əzmindədir. Artıq bu, dövlətimiz tərəfindən, eləcə də Təşkilat Komitəsi tərəfindən görülən əməli işlərlə sübuta yetirilib". Bu fikirləri SİA-ya Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Namiq Əhmədov sözügedən məsələyə münasibətini bildirərkən deyib.

YAP Siyasi Şurasının üzvü qeyd edib ki, Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında avanqard yerlərdən birini tutur və bu inkişafın əsasında müasir dövrün tələblərinə müvafiq olaraq uğurla reallaşdırılan daxili və xarici siyasət kursu dayanır: "Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi hazırkı dinamik inkişafın əsaslarını təşkil edir. Azərbaycan iqtisadi inkişafına, sosial-siyasi sabitliyə, beynəlxalq müstəvidə əldə etdiyi nüfuzuna və mövqeyinə görə güclü, qüdrətli bir dövlətə çevrilib. Eyni zamanda, Azərbaycan dünyada öz nüfuzunu artırmaqla bərabər, həmçinin, Avropanın idman mərkəzlərindən birinə çevrilib. Bu baxımdan, bir daha vurğulamaq istərdim ki, dövlətimizin xüsusi qayğı və diqqəti sayəsində dinamik inkişaf tempinə malik olan Azərbaycan qətiyyətlə və müstəqil siyasəti ilə öz sözünü deməkdədir. Prezident İlham Əliyevin təşəbbüsü və nəzarəti ilə Azərbaycanın hər bir bölgəsində idman arenalarının, müasir komplekslərin tikilərək yeniyetmələrin, gənclərin ixtiyarına verilməsi ölkəmizdə böyük idmançı ordusunun formalaşmasını təmin edib. Paytaxtda və bölgələrdə olan idman arenalarına yeniyetmələrin axını da buna bariz nümunədir. Eyni zamanda, bir-birini əvəzləyən idman yarışları Bakının daha böyükmiqyaslı yarışlara və beynəlxalq tədbirlərə ev sahibliyi etmək imkanlarını artırıb. Ölkəmizin I Avropa Oyunları kimi planetin bir nömrəli idman yarışına ev sahibliyi etmək iddiasını ortaya qoyması və namizədliyini rəsmi şəkildə irəli sürməsinin arxasında da məhz Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsizliyin təmin olunduğu sabit ölkə olması amili dayanır".

Namiq Əhmədov daha bir məqama da toxunaraq bildirib ki, bu gün Azərbaycanın inkişaf potensialından, müstəqil siyasət yürütməsindən, eləcə də davamlı şəkildə uğurlar əldə etməsindən narahat olan qüvvələr də var: "Söz yox ki, həmin qüvvələr Qərbdə fəaliyyət göstərən erməni lobbisi və bu lobbinin verdiyi təlimatları canfəşanlıqla yerinə yetirmək istəyən sapı özümüzdən olan baltalardır. Məsələn, elə də uzağa getməyərək, Bakıda keçirilmiş möhtəşəm "Eurovision-2012" musiqi yarışmasını xatırlayaq. Həmin ərəfələrdə bir sıra erməni lobbisinin təsiri altında olan tərəflər, bəzi beynəlxalq təşkilatlar buradakı siyasiləşmiş QHT-lərin, radikal müxalifətin əli ilə ardıcıl kampaniyalar aparmağa çalışırdılar. Ancaq nə oldu? Heç də hər şey onların istədiyi kimi nəticələnmədi. Bu müsabiqə öz möhtəşəmliyi, gözəlliyi və yüklsək təşkilatçılıq səviyyəsi ilə daha öncələr Avropanın digər ölkələrində keçirilən "Eurovision" yarışmalarını kölgədə qoydu. Həmçinin, vaxtilə xəritədə Azərbaycanın harada yerləşdiyini bilməyənlər gözəl Bakımıza gəldikdən sonra öz sonsuz heyranlıqlarını gizlədə bilmədilər. Gördülər və dərk etdilər ki, Azərbaycan artıq Avropa məkanına daxil olan və Avropa mədəniyyətinə çox şeylər öyrədə bilən bir bənzərsiz ölkədir.

Mən daha bir nüansa da toxunmaq istərdim. Bu gün Avropa öz dəyərlərinin Azərbaycanda da tədbiq edilməsini istəyir. Lakin bizim xalqın, bizim millətin elə bir mental dəyərləri mövcuddur ki, biz bəzi Avropa dəyərlərini özümüzə yad bilirik. Və nəyə görə də Avropa, Qərb mədəniyyəti məhz Azərbaycandan öyrənməməli, bizim əlahiddə mədəniyyət dəyərlərimizdən yararlanmamalıdırlar?"

YAP Siyasi Şurasının üzvü Azərbaycanın Avropanın etibarlı tərəfdaşı olduğunu da xatırladıb: "İstər enerji təchizatında, istər qeyri-neft sektorunda, istərsə də sənaye faktorunda ölkəmizin dinamik inkişafı əlbəttə ki, Avropanın ölkəmizə olan marağını artırmaqdadır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin fonunda ölkəmizdə tərəqqi amili mütəmadi səciyyə daşıyır. Ümumilikdə isə, Azərbaycan Avropanın müasir infrastruktura malik lider ölkələrindən biridir və aparılan dövlət siyasəti sayəsində ölkəmiz bu mövqeyini bundan sonra da qoruyacaq. Məhz bunların fonunda birinci Avropa Oyunlarının ölkəmizə etibar edilməsi təsadüfi xarakter daşımır. Prezident İlham Əliyev də Davosda keçirilən "Bakı-2015"in təqdimat mərasimindəki çıxışında birinci Avropa Oyunlarının Bakıda keçirilməsinə qərar verilməsinin Azərbaycanın özünü idman ölkəsi kimi tanıtması ilə atletlərimizin beynəlxalq yarışlarda qazandıqları nailiyyətlərlə bağlı olduğunu bildirib. Qeyd etmək lazımdır ki, ölkəmiz bu mötəbər beynəlxalq idman yarışının yüksək səviyyədə keçirilməsi üçün müvafiq hazırlıq işlərini intensiv şəkildə uğurla davam etdirir və əminliklə qeyd edilə bilər ki, Azərbaycan birinci Avropa Oyunlarına tam hazırdır".

Namiq Əhmədov onu da vurğulayıb ki, ötən zaman müddətində bu mötəbər idman yarışmasına hazırlıqla bağlı respublikamızda genişmiqyaslı işlər həyata keçirilib və bütün hazırlıq işləri isə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərlik etdiyi "Bakı-2015" birinci Avropa Oyunları Təşkilat Komitəsi tərəfindən reallaşdırılır: "Mən fəxr edirəm ki, Mehriban xanım Əliyeva məhz Xəzər rayonundan deputat seçilib və Onun göstərdiyi fəaliyyətindən rayonumuzun hər bir sakini tükənməz qürur hissi keçirir. "Bakı-2015" birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva Təşkilat Komitəsinin hələ 2013-cü il 2 fevral tarixində keçirilən ilk iclasında birinci Avropa Oyunlarının Bakıda keçirilməsinə qərar verilməsini ölkəmiz üçün yüksək etimad kimi dəyərləndirmişdi. Beləliklə, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsinin üzvləri hazırlıq işlərinə start verdikləri ilk gündən öz fəaliyyətlərində Avropa idman ailəsinin ölkəmizə göstərdikləri yüksək etimadı doğrultmağa çalışıblar. Bakıda birinci Avropa Oyunları ilə əlaqədar həyata keçirilən infrastruktur layihələri, yeni idman arenalarının inşası, mövcud obyektlərdə əsaslı yenidənqurma işlərinin aparılması, atletlər kəndinin hazırlanması, digər çoxsaylı tədbirlərin əlaqələndirilməsi və qısa müddətdə reallaşdırılması Mehriban xanım Əliyevanın rəhbərliyi altında çalışan "Bakı-2015" birinci Avropa Oyunları Təşkilat Komitəsinin fəaliyyətinin miqyası barədə konkret təsəvvür yaradır".

YAP Xəzər rayon təşkilatınn sədri sonda daha bir maraqlı məqama toxunaraq bildirib ki, Azərbaycan Avropa Oyunlarının təşkilatçısı kimi gerçəkləşdirdiyi işləri çox qısa bir zaman kəsimində reallığa çevirib: "Məsələn, Avropa Oyunları miqyasında yarışların təşkil edilməsi üçün ev sahibliyi etmək hüququ qazanan ölkələrə bildiyimiz kimi, 7 il vaxt verilir. Azərbaycanın isə bütün hazırlıq işlərini həyata keçirmək üçün cəmi 30 ay vaxtı olub. Lakin Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi işgüzar komandanın böyük əzmkarlığı sayəsində Azərbaycan birinci Avropa Oyunlarına hazırlığı yüksək səviyyədə həyata keçirməkdədir. Artıq ölkəmiz Avropanın tarixində ilk dəfə keçiriləcək bu mötəbər idman tədbirinə ev sahibliyi etməyə tam hazırdır. Eyni zamanda, birinci Avropa Oyunlarına beynəlxalq maraq da kifayət qədər böyükdür. Məlumdur ki, ilk Avropa Oyunlarının təşkil edilməsi ilə beynəlxalq komanda məşğuldur. "Bakı-2015" ilk Avropa Oyunlarının Təşkilat Komitəsi 7 rəsmi tərəfdaşla çalışır. Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə Komissiyasının keçirilən V iclasında "Bakı-2015" ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva yarışlara beynəlxalq marağın böyük olduğunu bildirib. Təşkilat Komitəsinin sədrinin vurğuladığı kimi, birinci Avropa Oyunlarını 600-dən artıq beynəlxalq və yerli media nümayəndəsi işıqlandıracaq. Və bu gün kimsə şübhə etmir ki, "Bakı-2015" Oyunları Azərbaycanın parlaq idman gələcəyinə aparan yoldur".

sia.az

Digər xəbərlər