\r\n
\r\n
\r\n Rusiya Baş Prokurorluğu Ermənistanın Gümrü şəhərində 7 nəfərdən ibarət erməni ailəsinin qətlində şübhəli bilinən Rusiya əsgərini Ermənistan hüquq-mühafizə orqanlarına vermək niyyətində olmadığını bildirib. Həmin məsələni Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Elman Nəsirli SİA-ya belə şərh edib.Politoloqun sözlərinə görə, Gümrüdə baş verən hadisələr onu göstərdi ki, Ermənistana münasibətdə Rusiyanın siyasəti heç də ermənilərin düşündüyü kimi deyil. Ermənistan tərəfinə elə gəlirdi ki, baş vermiş bu insidentə görə Rusiya tərəfi həmin əsgəri Ermənistana qaytaracaq və işğalçı ölkənin qanunlarına uyğun şəkildə bu insan cəzalandırılacaq. Yəqin ki Ermənistan varinatında bu, orta əsr cəzalandırılmasına gətirib çıxara bilərdi. Bəlkdə də rəsmi İrəvanda onu şaqqalayardılar. Bu mənada mövqeyim ondan ibarətdir ki, Rusiya Baş Prokurorluğunun Ermənistan Baş Prokurorluğuna həmin o əsgərin işğalçı ölkəyə verilməsi ilə bağlı tələbinə rədd cavabı verməsi onun ifadəsidir ki, Ermənistan-Rusiya münasibətlərində xeyli probemli məqamlar yaranıb. Xüsusilə də bu hadisədən sonra gumaan etmək olar ki, artıq Ermənistana münasibətdə Rusiyanın siyasətində biz yeni-yeni cəhətlərin şahidi ola biləcəyik".E.Nəsirli bildirib ki, bu gün Ermənistanın elektrik enerjisi sistemi çox ciddi böhran keçirir: "Həmin sistem də Rusiya şirkətinin nəzarətindədir. Məlumdur ki, o milyard dollardan artıq bu gün kəsirlə işləyir və böyük böhran içərisindədir. Eyni zamanda Rusiya tərəfi həmin bu bir milyarddan artıq kəsirin Ermənistan dövləti tərəfindən ödənilməsini tələb edir. Bununla bağlı Serj Sarkisyana müraciətin olunmasını da Rusiya mətbuatı yazır. Sarkisyan buna gedərsə, boş büdcəsindən hətta bir milyard vəsaitin də ödənilməsinə razılıq verməsi hesab edirəm ki, bu Ermənistanın onsuzda ağır vəziyyətini bir qədər də ağırlaşdıracaq. Beləcə Ermənistan faktiki defols vəziyyətinə düşəcək. O buna əməl etməsə isə bu halda Rusiya da yeni təzyiqlərlə üzləşəcək. Hesab edirəm ki, artıq yeni təzyiqlərə start verilib. Bu təzyiqlərdən biri də rus əsgərinin Ermənistana qaytarılmamasını aid etmək olar. Bundan sonra Rusiya Ermənistandan əlini çəkərsə və rəsmi İrəvanın bu hərəkətlərinə adekvat cavab verəcəyi təqdirdə hesab edirəm ki, işğalçı ölkədə daxili vəziyyət o qədər gərginləşə bilər ki, hətta Ermənistanda faktiki dövlət çevrilişi baş tuta bilər. Artıq bu gün vətəndaş itaətsizliyinin Ermənistanda bütün elementləri özünü göstərir".
\r\n
\r\n
\r\n
\r\n sia,az
\r\n