"Ermənistanın apardığı qeyri-konstruktiv siyasət səbəbindən Dağlıq Qarabağ münaqişəsinin həlli neçə illərdir ki, uzanır. Baxmayaraq ki, beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri problemin həlli istiqamətində aparılan danışıqların sonsuza qədər davam etdirilməsinin mümkünsüzlüyünü qeyd edirlər və status-kvonun dəyişdirilməsinin vacibliyini önə çəkirlər". Bu fikirləri SİA-ya politoloq Elşad Mirbəşiroğlu bildirib.Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həllində işğalçı Ermənistanın müstəqil siyasəti yoxdur: "Ermənistan bir dövlət olaraq, müstəqil şəkildə hər hansı bir addım atmaq və siyasi qərar vermək ixtiyarında deyil. Əgər Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında ixtiyar sahibi Ermənistan olsaydı, onda işğalçı ölkə bu münaqişənin tənzimlənməsi istiqamətində hər hansı bir razılığa gələrdi. Çünki, işğalçı ölkədə istər siyasi, istərsə də sosial-iqtisadi vəziyyət çox acınacaqlı vəziyyətdədir. Təbii ki, Ermənistanın Azərbaycanla müəyyən sahələr üzrə münasibətlər qurması həyati vacib əhəmiyyət kəsb edir. Amma Ermənistanın acınacaqlı vəziyyətdə olmasına baxmayaraq, işğalçı ölkə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı hər hansı bir addım atmır. Təbii ki, Ermənistanın bu cür anormal mövqe sərgiləməsi, onun müstəqil olmaması ilə bağlıdır. Yəni, Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə Rusiya mane olur".Palitoloqun sözlərinə görə, Rusiyanın razılığı olmadan, Ermənistan tərəfi Dağlıq Qarabağ münaqişəsinin həllində prinsipial addım atmayacaq: " Bu günə kimi Ermənistanla aparılan danışıqlar, işğalçı ölkə tərəfindən imitasiya xarakterli addımlar kimi qiymətləndirilməlidir. Bununla işğalçı Ermənistan dünya ictimaiyyətinə göstərmək istəyir ki, guya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsində maraqlıdır. Bu baxımdan da, Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağ məsələsi ətrafında aparılan danışıqlarda istirak edir. Rusiya imkan vermir ki, işğalçı ölkə olan Ermənistan bu danışıqlarda müsbətə doğru addım atsın. Bundan başqa münaqişəyə baxışlarda Rusiya ilə ABŞ-ın mövqeləri üst-üstə düşür. Demək olar ki, ABŞ Dağlıq Qarabağ probleminin həll olunmasını istəmir. Bunu demək üçün də kifayət qədər əsaslar var. ABŞ istər işğalçı Ermənistana, istərsə separatçı Dağlıq Qarabağ rejminə davamlı olaraq yardımlar etməkdədir. Fikrimcə, bu kimi faktırlar Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesini uzadır". E. Mirbəşiroğlunun bildirdiyinə görə, Rusiya narahatdır ki, əgər Dağlıq Qarabağ münaqişəsi həll olunarsa, regiona nəzarət ricaqlarından biri əlindən çıxmış olacaq: " Demək olar ki, RF regionda Ermənistandan bir vasitə kimi istifadə edir. Ona görə də, Rusiya bu münaqişənin həll olunmasını istəmir".
sia.az