PDF Oxu

Siyasət

  • 25

Hikmət Babaoğlu: “Onlar xaricdən sifariş alan qüvvələrdir” MÜNASİBƏT

Hikmət Babaoğlu: “Onlar xaricdən sifariş alan qüvvələrdir” MÜNASİBƏT

"Ümumiyyətlə Azərbaycanda hər hansı bir kütləvi, siyasi tədbirin təşkilatı ilə bağlı cəmiyyətdən sosial sifariş yoxdur". Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu iqtidar-müxalifət dialoqu olduğu halda "Milli Şura"nın martın 15-nə planlaşdırdığı aksiyaya münasibət bildirərkən deyib.Baş redaktorun sözlərinə görə, yəni bu etirazı tələb edəcək sosial, siyasi mühit yoxdur: "Əgər belədirsə, onda bu mitinqi təşkil edənlər Azərbaycanın siyasi real gücləri deyil, xaricdən dəstək alan və xaricin direktivləri ilə hərəkət edən güclərdir. Biz bilirik bunlar kimlərdir. Onlar 5-ci kolon nümayəndələridir. Xüsusən o halda ki, bu gün Azərbaycan iqtidarı ölkədə olan hər hansı bir siyasi qüvvə olmağa iddia edən bütün təşkilatlanmalarla dialoq içərisindədir və dialoq aparır. Belə bir vəziyyətdə məsələnin mitinq formasında qoyulması onu göstərir ki, həmin qüvvələr Azərbaycanın real siyasi gündəliyi ilə hərəkət edən qüvvələr deyil. Bir sözlə onlar xaricdən sifariş alan qüvvələrdir. Əlbəttə ki, buna heç bir ehtiyac yox idi".

sia.az

Digər xəbərlər