"Rusiyanın öz ərazisindən kənarda hərbi bazasının yerləşdirilməsi düzgün deyil. Çünki nə Azərbaycan, nə Türkiyə bu gün Rusiya üçün hər hansı bir təhlükə yaratmırlar". SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə Gümrüdəki hadisələrə münasibət bildirərkən deyib.Millət vəkilinin sözlərinə görə, Rusiya ilə dostluq münasibətləri rəsmi Moskvanın yaxın müttəffiqlərindən fərqli olaraq bu iki ölkə ilə daha yüksəkdir: "Bu gün Rusiyaya təhlükə ilk növbədə onun bazasının yerləşdiyi Ermənistanın özündən gəlir. Bir rus əsgərinin Gümrüdə törətdiyi hadisəyə görə bütün Ermənistan Rusiyanın üzünə durdu. Rusiyanın daima erməni xalqına dəstək durduğu, ona layiq olmadığı hörmətlər etdiyi yaddan çıxarılmır. Gümrüdə baş verən hadisələr əslində Ermənistan cəmiyyətinin iç üzünü bir daha nümayiş etdirdi. Onun hərbi bazasının istifadə məsələsinə gəldikdə isə hesab edirəm ki, Rusiya bu hərbi bazanın lüzumsuzluğunu daha çox başa düşməyə başlayır".
sia.az