PDF Oxu

Siyasət

  • 37

Musa Qasımlı: “Hər bir azərbaycanlı bununla yalnız fəxr edə bilər" AÇIQLAMA

Musa Qasımlı: “Hər bir azərbaycanlı bununla yalnız fəxr edə bilər" AÇIQLAMA

"Vatikanın katolik dünyasında tutduğu yeri, oynadığı nəhəng rolu və dünya siyasətinə etdiyi təsiri nəzərdən qaçırmasaq, Mehriban xanım Əliyevanın Müqəddəs Taxt-Tacın mədəniyyət naziri kardinal Canfranko Ravazi ilə keçirdiyi görüşün və apardığı danışıqların dərin mənası vardır". Bunu SİA-ya AMEA Dünya Siyasəti İnstitutunun direktoru, millət vəkili, professor Musa Qasımlı deyib. Deputatın sözlərinə görə, bu, Azərbaycan Respublikası dövlətinin dinlər və mədəniyyətlər arasında dialoqda model bir ölkə olduğunu, bütün dinlər və mədəniyyətlər üçün ən əlverişli şərait yaradıldığını göstərir: "Dünya ölkələrinin bu sahədə Azərbaycandan öyrənəcəkləri zəngin bir təcrübə toplanıb. Mədəniyyət nazirinin ölkəmizə dəvət edilməsi və səfərin iyun ayında reallaşdırılması Azərbaycanın Qərb dünyası ilə əməkdaşlığına təsir edəcək güclü bir amil olacaq, qarşılıqlı münasibətlərdə yeni bir səhifə açacaq. Bu, ölkəmiz haqqında düzgün informasiyanın daha geniş yayılmasına, dünya siyasətində yerinin möhkəmləndirilməsinə, rolu, nüfuzu və əhəmiyyətinin artmasına kömək edəcək. Danışıqlar Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadınının üstün zəkasını və diplomatik məharətini göstərdi. Bununla hər bir azərbaycanlı yalnız fəxr edə bilər".

sia.az

Digər xəbərlər