PDF Oxu

Siyasət

  • 41

“Aksiya Əli Kərimli və əlaltısının növbəti fiaskosu olacaq” MÜNASİBƏT

“Aksiya Əli Kərimli və əlaltısının növbəti fiaskosu olacaq” MÜNASİBƏT

"Ümumiyyətlə "Milli Şura"nın martın 15-nə planlaşdırdığı aksiyanı iqtidar-müxalifət dialoquna qatılmayanlar təşkil edir. Çünki bu insanlar özləri haqqında o qədər yüksək fikirdədirlər və mütəbehdirlər ki, fikirləşirlər ki, necə məzmunları radikaldır, eləcə də fikirlərini də radikal şəkildə çatdırmalıdırlar". Bunu SİA-ya politoloq Elşən Musayev deyib.Politoloqun sözlərinə görə, müxalifət düşünür ki, mütləq ölkədə iğtişaş, səs-küy yaratmalıdırlar: "Onlar ölkəyə, hakimiyyətə, dövlətə təzyiq yolunu yalnız bundan görürlər. Təbii ki, bu bir tək onların öz iradəsindən asılı olan məsələ deyil. Burada xaricdən onlara verilən stimulverici tapşırıqlar, pullar da mühüm rol oynayır. 15 mart aksiyası ümumiyyətlə, Əli Kərimlinin və onun əlaltısı olan "Milli Şura"nın heç şübhəsiz növbəti fiaskolarından biri olacaq. Ümumiyyətlə ictimai-siyasi proseslərdə iştirak edən insanların mitinq və aksiya keçirmək haqqı var. Təbii ki, bu haqqı dövlət hər zaman onlara tanıyıb. Sadəcə olaraq onlar heç bir zaman öz ağılları, siyasi kontigentləri, gücləri ilə siyasi proseslərə təsir etməyi məqbul hesab etmirlər. Bəs gəlin görək səbəb nədir? Səbəb ondan ibarətdir ki, onlar ən xırda nüans axtarırlar ki, dövləti bu hakimiyyətə qarşı çevirə bilsinlər".E.Musayev bildirib ki, bu gün müxalifət həmin aksiyaya ən radikal, dini kəsimlərin, eləcə də bunlara dəxli olmayan insanları çağırmaq çabasındadır: "Bu şəxslər bir dəfə də olsun rayonlara getmir, bölgələrə səfər etmirılər. Onlar ancaq siyasətlərini "facebook", twitter" və s. üzərindən yürüdürlər. Təbii ki, belə olan halda da onların mitinqinə 5-10 nəfər nəfər gəlir və hay-küy salırlar ki, bəs niyə belə oldu. Ümumiyyətlə hər bir addımın, siyasətin nəticə etibarı var. Yəni onların mahiyyəti nədirsə, nəticələri də elə olur".

sia.az

Digər xəbərlər