AÇIQLAMA
"Təbii ki, Novruz bayramı Azərbaycan xalqının elə bir bayramıdır ki, burada günahı olanlar bağışlanmalı, küsülülər isə barışmalıdır". Bu fikirləri SİA-ya Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASFEN) sədri Azər Həsrət Novruz bayramında gözlənilən növbəti əfv Sərəncamına münasibət bildirərkən deyib.CASFEN sədrinin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə Novruz bayramı və digər milli bayramlarımızda əfv sərəncamı imzalayaraq həm həbsdə olan insanları, həm də onların ailələrini sevindirir: "Təbii ki, növbəti dəfə də belə bir addım atılacaq və bu, təqdir ediləcək".Bu əfv sərəncamının kimlərə şamil olunacağına gəlincə isə Azər Həsrət səhv edən, cinayətkar olmayan inanların azad olunmasını arzu edib: "Eyni zamandan cinayət törədib, öz cinayətini etiraf edən, günahlarını başa düşən və həqiqətən də bundan sonrakı həyatını normal yaşamaq üçün iradəsi olan şəxslərin azad olunmasını istərdik. Təbii ki, bəzən Azərbaycana müxtəlif adlarla "siyasi məhbus" və s. deyilən şəxslərin arasında da bu kateqoriyaya uyğun insanlar varsa, onların da azad olunmasının arzu edərdik. Biz birmənalı şəkildə qəbul etmirik ki, Azərbaycanda hər hansı "siyasi məhbus" var. Amma təbiidir ki, onların da müəyyən bir qismi etdikləri əməllərə görə peşman olurlar və bu əməllərin düzgün olmadığını başa düşürlər. Biz bu cür adamların da həbsdən azad olunmasının tərəfdarıyıq. Arzu edərdik Azərbaycan həbsxanalarında olan insanların əksəriyyəti bu Novruz bayramı ərəfəsində öz ailələrinə qovuşsun".
sia.az