PDF Oxu

Siyasət

  • 37

Sahibə Qafarova: “Bu qanunun qəbulu vacibdir" AÇIQLAMA

Sahibə Qafarova: “Bu qanunun qəbulu vacibdir" AÇIQLAMA

""Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası qanununun qəbulu çox əhəmiyyətli bir məsələdir. Şübhəsiz, bu günə qədər vətəndaşların müraciətlərinin qəbulu və araşdırılması ilə bağlı müxtəlif qanunvericilik aktlarında və müvafiq strukturların qəbul etdikləri əsasnamələrdə müəyyən məsələlər öz həllini tapır və orada da bununla bağlı qaydalar müəyyənləşib". Bu fikirləri SİA-ya millət vəkili, AŞPA-nın Gender bərabərliyi üzrə alt komitəsinin sədri Sahibə Qafarova "Vətəndaşların müraciətləri haqqında" qanunun qəbulunda əsas məsələlərin nədən ibarət olacağı barədə açıqlama verərkən deyib.Millət vəkili Azərbaycanın müasir reallıqlarında bu qanunun əhəmiyyətinin olduqca vacib olduğunu da qeyd edib: "Azərbaycan demokratik inkişaf yolunda irəlilədiyi üçün bu davamlı prosesdir və hər mərhələdə şəraitə uyğun, qarşıya çıxan şərtlərə müvafiq olaraq davamlı addımların atılması vacibdir.Qanunda vətəndaşların müraciətlərinə baxılmasının əsas prinsipləri, qanunun tətbiq dairəsi, müraciətlərə dair tələblərdir. Müraciətlərin qəbulu, onlara baxılma qaydaları burada çox aydın şəkildə əks olunub. Hesab edirəm ki, bu qanunun qəbulundan sonra bu məsələlərlə bağlı ciddi hüquqi əsas formalaşacaq və bununla da bəzən ortaya çıxan problemlər artıq aradan qalxacaq".Sahibə Qafarova qanunda xüsusi əhəmiyyətli olan məsələlərdən birinin də müraciətə baxılma müddəti ilə bağlı maddə olduğunu vurğuladı: "Bu günə qədər bəzi hallarda bu məsələ ilə bağlı vətəndaşların narazılığının şahidi olurduq. İndi isə konkret qanunda göstərilir ki, vətəndaşların bəzi istisnaları nəzərə almaqla 15 təqvim günü ərzində müraciətinə cavab verilməlidir. Xüsusi yoxlanılma tələb edən müraciətlərə isə 30 təqvim günü ərzində cavab verilməlidir. Yəni artıq burada gecikdirmədən söhbət gedə bilməz. Eyni zamanda da müraciətə baxılma zamanı vəzifəli şəxslərin vəzifələri və davranış qaydaları, vətəndaşın hüquqları çox aydın şəkildə əks olunub ki, bu da qanunun əhəmiyyətini artıran digər məqamlardır. Ümumilikdə, hesab edirəm ki, bu qanun kifayət qədər əsaslı və vacib olduğu kimi gələcəkdə Azərbaycanın inkişafına da mühüm töfhəsini verəcək".

sia.az

Digər xəbərlər