PDF Oxu

Siyasət

  • 34

AŞPA-nın komitə iclasları keçiriləcək

AŞPA-nın komitə iclasları keçiriləcək

Martın 11-də və 12-də Niderland Krallığının Haaqa şəhərində Avropa Şurası Parlament Assambleyasının Mədəniyyət, elm, təhsil və media, martın 18-də isə Parisdə bu qurumun Hüquqi işlər və insan haqları komitələrinin iclasları keçiriləcək. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, tədbirlərdə Milli Məclisin deputatı Rafael Hüseynov iştirak edəcək.

İclaslarda Avropada uşaqların təhsil hüququ, din və dini ayinlərin azadlığı, kiberterrorizmə qarşı əməkdaşlığın gücləndirilməsi, Avropa Şurası ölkələrinin məhkəmə sistemlərindəki korrupsiya ilə mübarizə, inzibati həbs anlayışının hüquqi baxımdan təkmilləşdirilməsi və digər mövzularda fikir mübadiləsi aparılacaq.

sia.az

Digər xəbərlər