"Avrasiya İttifaqının martın 13-də Astanada keçiriləcək toplantısına Ermənistanın dəvət olunmaması son dövrlərdə Rusiya ilə Ermənistan arasında yaşanan insidentlərdən qaynaqlana bilər". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.Onun sözlərinə görə, son zamanlar Rusiya ilə Ermənistan arasında yaşanan bəzi olaylar onların münasibətlərinin soyumasına səbəb olub: "Ümumilikdə hesab etmirəm ki, Rusiya Ermənistanı Avrasiya İttifaqına cəlb etmək planından imtina etsin. Təbii ki, Rusiya bütün imkanlarından istifadə edərək Ermənistanı bu ittifaqa cəlb etməyə çalışacaq. Çünki bu ittifaq Rusiyanın postsovet məkanında gerçəkləşdirmək istədiyi ciddi bir layihədir.Təbii ki, Rusiya bununla bağlı olaraq postsovet ölkələrinin bu layihədə iştirakına çalışır. Bu baxımdan mən inanmıram ki, Ermənistan da bu ittifaqdan kənarda qalsın".
sia.az