PDF Oxu

Siyasət

  • 26

Fərhad Hacıyev: “12 mindən artıq “könüllü” oyunlara cəlb olunub” AÇIQLAMA

Fərhad Hacıyev: “12 mindən artıq “könüllü” oyunlara cəlb olunub” AÇIQLAMA

"Bu ilin iyununda Azərbaycan Avropanın idman tarixinə öz töhfəsini verəcək". Bunu SİA-ya Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev gənclərimizin bu il Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarına hazırlığı ilə bağlı danışarkən deyib.İcraçı direktorun sözlərinə görə, baxmayaraq ki, Milli Olimpiya Oyunları Avropada yaranıb amma yeganə Avropa kontingentidir ki, bu il birinci Avropa Oyunları Azərbaycanda keçiriləcək: "Bunun tarixi əhəmiyyəti ilə yanaşı, eyni zamanda ölkəmiz, vətəndaşlarımız üçün də müsbət cəhətləri vardır. Heç kimə sirr deyil ki, Bakı günü-gündən gözəlləşir və infrastruktur yenilənir. Beləcə insanlarımız da ölkəmizdə keçiriləcək birinci Avropa Oyunlarına cəlb olunurlar. Xeyli sayda insan işlə təmin olunub. Bununla belə 12 mindən artıq "könüllü" bu oyunlara cəlb olunublar. Ümumiyyətlə bu proses çox böyük maraq, eyni zamanda insanların müsbət yanaşması ilə həyata keçirilir. Bu gün hər bir azərbaycanlı qürur duyur ki, məhz ilk Avropa Oyunları Azərbaycanda keçiriləcək".

sia.az

Digər xəbərlər