Rusiya Ermənistanı çoxdan işğal edib. Artıq bu yöndə səsləndirilən bəyanatlar sadəcə provakasiya xarakteri daşıyır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.Onun sözlərinə görə, bəzi erməni dairələrinin istəyi ondan ibarətdir ki, Rusiya bütünlüklə Ermənistanın siyasi hakimiyyətini ələ keçirsin: "Əgər bir ölkənin sərhədlərini Rus qoşunu qoruyursa, əgər bir ölkədə bütün sənaye müəssisələri Rusiyalı sahibkarlara satılıbsa, bir ölkənin ki, ərazisində Rusiyanın bir neçə hərbi bazası varsa bu o deməkdir ki, artıq həmin ölkə Rusiya tərəfindən faktiki olaraq işğal edilib. Bu ölkədə siyasi rəhbərlik belə Kremlin xeyir duası ilə dəyişilir. Ermənistanın siyasi şərhçisi Naira Ayrumyanın Rusiyanın Ermənistanı tam işğal edəcəyi ilə bağlı açıqlaması da provakasiya xarakteri daşıyır. Əslində bu ölkə artıq çoxdan Rusiya tərəfindən işğal edilib".
sia.az