PDF Oxu

Siyasət

  • 28

Rasim Musabəyov: “Avropa Birliyində mexanizmlər çox qəlizdir” AÇIQLAMA

Rasim Musabəyov: “Avropa Birliyində mexanizmlər çox qəlizdir” AÇIQLAMA

Hesab edirəm ki, Avropa Birliyinin ordu yaratmaq istəyi, NATO-ya alternativ sayıla bilməz. Çünki o, NATO ilə müqayisə olunacaq gücə sahib deyil". Bunu SİA-ya millət vəkili, politoloq Rasim Musabəyov deyib.Politoloqun sözlərinə görə, baxmayaraq ki, Avropa Birliyinə daxil olan ölkələr çevik qüvvələr yaratmışdılar, amma onun nə təyyarələri, nə də infranstrukturu var. Beləcə, onlardan istifadə olunması da mütləq şəkildə ABŞ-ın köməyini tələb edir. Hətta bir təşəbbüs də var idi ki, Alman-Fransa müştərək hərbi briqadası yaradılsın. Təbii ki, o da kağız üzərində qaldı. Söhbət ondan gedir ki, Avropa Birliyi iqtisadi nəhəng və super gücdür".R. Musabəyov hesab edir ki, hətta AB-nin yumşaq gücü də çox cəlbedicidir: "Ancaq siyasi, hərbi cəhətdən "cırtdan"dır. Bu disonansın uyğunsuz olmamağını aradan qaldırmaq üçün bu kimi təşəbbüslər ortaya çıxır. İndi nə dərəcədə bunun mümkün olub-olmaması sual altındadır. Axı bunun hamısı hərbi xərc tələb edir. Bundan sonra isə hansısa milli dövlətlər müəyyən mənada müstəqilliyindən, suverenliyindən, Avropa Birliyindən bu orduya rəhbərlik edənlərin xeyrinə imtina etməlidir. Ümumilikdə bu bir təşəbbüsdür. AB-də mexanizmlər çox qəlizdir. Amma bütövlükdə bu təşəbbüsə zərurət var".

sia.az

Digər xəbərlər