PDF Oxu

Siyasət

  • 43

Qaliblər mükafatlandırıldı TƏDBİR

Qaliblər mükafatlandırıldı TƏDBİR

Bu gün BMM-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Novruz bayramı ilə bağlı elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. SİA xəbər verir ki, tədbirdə Fondun icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Müşahidə Şurasının üzvləri, habelə ölkənin bir çox aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri, media mənsubları iştirak ediblər.Fondun icraçı direktoru Vüqar Səfərli tədbiri giriş sözü ilə açaraq media nümayəndələrini bayram münasibəti ilə təbrik edərək, onlara yaradıcılıq uğurları arzulayıb. V.Səfərli həmçinin bildirib ki, mütəmadi olaraq keçirilən bu tədbirlər Azərbaycanda jurnalistikanın inkişafı, məqalə yazılarının təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli rol oynayır: "Fond bu il ərzində müxtəlif mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə birgə bu kimi fərdi jurnalist yazıları müsabiqələri təşkil edib. Nəticədə jurnalistlər müxtəlif mövzulara toxunaraq ölkədə cərəyan edən daxili və xarici prosesləri işıqlandırmaqla yanaşı ictimai rəyə münbit informasiyalar veriblər. Bu, həm də Jurnalistikanın inkişafında önəmli rol daşıyan mühüm amillərdəndir".Fondun Müşahidə Şurasının üzvü, "525-ci qəzet"-in baş redaktoru Rəşad Məcid öz çıxışında ölkəmizdə KİV-in inkişafı üçün bütün zəruri tədbirlərin həyata keçirildiyini bildirərək Fondun yaradılmasını, mütərəqqi təcrübə kimi dəyərləndirib. O, Fondun eksperti kimi təcrübədə üzləşdiyi bir sıra nöqsanların aradan qaldırılması ilə bağlı jurnalistlərə öz tövsiyələrini də verib.Fondun ekspertlərindən Mətbuat Şurasının İdarə Heyətinin üzvü Müşviq Ələsgərli çıxışında ölkə jurnalistlərinə Fondun təşkil etdiyi müsabiqələrə daha yaradıcı yanaşmağı, tədqiqat və araşdırmalara geniş yer verməyi, fərdi və orijinal yazı üslubuna üstünlük verməyi məsləhət görərək qeyd etdi ki, bu istiqamətdə tədbirlərin davamlı keçirilməsi zərurəti var.Sonda müsabiqə qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

sia.az

Digər xəbərlər