PDF Oxu

Siyasət

  • 22

YAP İsmayıllı rayon təşkilatı gənclər birliiyi ağacəkmə aksiyası keçirib

YAP İsmayıllı rayon təşkilatı gənclər birliiyi ağacəkmə aksiyası keçirib

Ulu Öndər Heydər Əliyev irsinin layiqli davamçısı möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin qadınların hüquqlarının qorunması, onların müxtəlif dövlət orqanlarında irəli vəzifələrə çəkilməsi və qadınların elmi potensiallarından, bilik və bacarıqlarından səmərəli istifadə məqsədilə həyata keçirdiyi proqramlar ölkə miqyasında rəğbətlə qarşılanır. Qadınlara göstərilən dövlət qayğısının məntiqi nəticəsidir ki, bu gün Azərbaycan qadını ölkəmizin dünyada tanıdılmasında, haqq səsimizin dünya ictimaiyyətinə çatdırılmasında önəmli rol oynayır. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva dövlətə və dövlətçiliyimizə sədaqəti, ölkəmizin mədəni irsinin dünyada tanıdılması sahəsində gördüyü işlərlə Azərbaycan qadınına nümunədir. Ölkəmizin haqq səsinin beynəlxalq ictimaiyyətinin diqqətinə çatdırılmasında böyük layihələrin ideya müəllifi və icraçısı, Heydər Əliyev Fondunun vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Təşəbbüsünün təsisçisi olan Leyla xanım Əliyevanın layihəsi əsasında ölkəmizin daha da abadlaşdırılması və yaşıllaşdırılması məqsədilə start verilən "Ümumrespublika Yaşıllaşdırma" marafonu Azərbaycan qadınının müdrikliyindən və vətənpərvərliyindən xəbər verir.

Qadınların sosial problemlərinin həlli, onlara göstərilən dövlət qayğısının daha da artırılması məqsədilə dövlət proqramları qəbul olunmuş, qadınlarla bağlı əlamətdar tarixi günlərin qeyd olunması məqsədilə ölkə Prezidenti İlham Əliyev tərəfindən sərəncamlar imzalanmışdır.

İsmayıllı rayonunda son illərdə yaşıllaşdırma və abadlaşdırma işləri həyata keçirilir. Bu kampaniyaya fəal qoşulan YAP İsmayıllı rayon təşkilatı gənclər birliyi 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə ağacəkmə kampaniyası keçirmişdir. İsmayıllı - Bakı yolunun İsmayıllı rayonu Diyallı kəndi ərazisindən keçən hissəsində həyata keçirilən yaşıllaşdırılma kampaniyasında YAP İsmayıllı rayon təşkilatının aparat işçiləri və təşkilatın gənclər birliyinin üzvləri iştirak etmişlər.

Böyük coşqu və ruh yüksəkliyi şəraitində davam edən ağacəkmə kampaniyası çərçivəsində nadir ağac nümunələri torpağa basdırılmış, onlara ilkin qulluq tədbirləri həyata keçirilmişdir.

ZÜMRÜD

Digər xəbərlər