PDF Oxu

Siyasət

  • 31

Elşən Musayev: “Bacardıqları yeganə iş “like” sayını artırmaqdır”

Elşən Musayev: “Bacardıqları yeganə iş “like” sayını artırmaqdır”

"Azərbaycanın radikal müxalifətinin iddialı və ultimativ danışması üçün heç bir resursu yoxdur". Bu sözləri SİA-ya açıqlamasından Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev deyib.Onun sözlərinə görə, Milli Şuranın nümayəndələrinin mitinqin keçirilməsinə icazə verilməyəcəyi halda başqa variantlardan istifadə edəcəkləri ilə bağlı açıqlamaları sadəcə illuziya xarakteri daşıyır: "Artıq Milli Şuranın heç bir ictimai dəstəyi yoxdur. Hətta bu səbəbdən də digər müxalifət partiyaları martın 15-də keçirilməsi nəzərdə tutulan mitinqdə iştirakdan boyun qaçırdılar. Müsavat partiyasından da artıq Milli Şura ilə bağlı tamamilə bədbin açıqlamalar verilməkdədir. Görünən odur ki, Müsavat partiyası da bu mitinqə qatılmayacaq. Əli Kərimli və Cəmil Həsənli artıq tək qaldıqlarının fərqinə varıblar və bu səbəbdən də onlarda bir aqressiya yaranıb. Ona görə də hədələyici və şantaj xarakterli, amma heç bir əsası olmayan iddialar ortaya atırlar. Mənim fikrimcə bu taktika ilə onlar artıq baş tutması qeyri-mümkün görünən mitinqə dövlətin icazə verməməsinə nail olmağa çalışırlar. Çünki artıq onların özlərinə də bəllidir ki, mitinqə demək olar ki, heç kəs qatılmayacaq. Bu səbəbdən də mən düşünürəm ki, bu şəxslərin cəmiyyət içərisində biabır olması üçün bu mitinqin keçirilməsinə icazə verilməlidir.Bu şəxslərin yeganə bacardıqları iş sosial şəbəkələrdə "like"-ların sayını artırmaqdan, saxta profillərlə başqalarını təhqir etməkdən ibarətdir ".

sia.az

Digər xəbərlər