MNTK-ya məni dəvət etdilər, amma cavabı şifahi şəkildə verdilər. Qeyd etdilər ki, Müsavat Partiyasının Divanında qəbul edilən qərarın düzgün olduğunu vurğuladılar. Yazılı cavabı tələb etdikdə isə mənə iki gün ərzində cavabın çatdıralacağını dedilər. Cavabda hansı münasibətin olacağı daha dəqiq göstəriləcək". Bu fikirləri SİA-ya Müsavat funksioneri Tural Abbaslı partiyanın onun müraciətinə qəti cavab verməməsinə münasibət bildirərkən deyib.Müsavat funksioneri deyib ki, MNTK-nın qərarı nə olursa olsun istənilən halda Qubad İbadoğlunun haqlı olduğunu düşünür: "MNTK-nın obyektiv qərarlar qəbul edən qrum kimi tanıdığıma görə obyektiv qərar gözləyirdim".Müsavat rəhbərliyinin parlament seçkiləri ilə bağlı verdiyi qərara da münasibət bildirən Tural Abbaslı qeyd edib ki, partiya rəhbərliyinin etirazçı müsavatçılara qarşı gördüyü kəskin tədbirlər, eləcə də partiya üzvlərinin parlament seçkilərinə qatılması istiqamətində yaradılan əəngəllər Müsavat Partiyasının Nizamnaməsinə tamamilə ziddir: "Nizamnaməyə əsasən partiyanın üzvləri bununla yanaşı digər hərəkatların da üzvləri ola bilərlər. Əgər kimsə Müsavatda təmsil oluna-oluna digər hərəkatın üzvüdürsə burada heç bir pozuntu aktı yoxdur. İsa Qəmbər, Gülağa Aslanlı "NİDA" hərəkatının üzvləridir. O zaman bu məsələ onlara da şamil olunmalıdır. Belə bir qərar verilə bilməz. Bunu kimsə öz başına şifahi söyləyib".Tural Abbaslı hesab edir ki, bu kimi fikirlər zərərlidir: "Siyahı təsdiq olunmadığı halda bu cür zərərli fikirlərlə gündəmə gəlmək lazım deyil. Partiya çalışmalıdır ki, namizədlərinin cəmiyyətdə olan nüfuzundan istifadə etsin. Sən filan qrupu dəstəkləyirsən, sən filan qrupda təmsil olunursan fikrləri ilə parlament seçkilərində uğur qazanmaq mümkün deyil".
sia.az