PDF Oxu

Siyasət

  • 40

Mustafa Hacıbəyli: “Vurğun Əyyub özü bilər” MÖVQE

Mustafa Hacıbəyli: “Vurğun Əyyub özü bilər” MÖVQE

"Müsavat Partiyasının Divanında və yaxud məclisində bu məsələ ilə bağlı heç bir qərar qəbul edilməyib". Bu fikirləri SİA-ya Müsavat Partiyasının Məclis üzvü Mustafa Hacıbəyli mətbuatda partiya rəhbərliyinin ADR üzvü olan müsavatçılara qarşı qarşıdan gələn parlament seçkilərində veto qoymaq qərarı məsələsinə aydınlıq gətirərkən deyib.Mustafa Hacıbəyli qeyd edib ki, partiyanın Suraxanı rayon təşkilatının Vurğun Əyyubun parlament seçkilərinə qatılması barədə yayılan fikirlərdən məlumatsızdır. O eyni zamanda, Vurğun Əyyubun Müsavat rəhbərliyini qeyri-legitim hesab etməsi barədə önə sürdüyü fikirlərə də sərt mövqe sərgiləyib: "Bu insan Müsavatda kimi legitim hesab edir və ya etmirsə bu onun şəxsi işidir. Çünki Vurğun Əyyub amili bizim üçün yoxdur".

sia.az

Digər xəbərlər