PDF Oxu

Siyasət

  • 39

Elçin Mirzəbəyli: “Bu, təqdirəlayiq haldır”

Elçin Mirzəbəyli: “Bu, təqdirəlayiq haldır”

"Məruzəçi Robert Volterin münaqişənin həlli ilə bağlı hesabat hazırlaması və Azərbaycan nümayəndə heyətinin həmməruzəçinin Azərbaycana səfərinə nail olması təqdirəlayiq haldır". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.Onun sözlərinə görə, AŞPA-ya təqdim olunan qətnamənin adının sadəcə Dağlıq Qarabağ münaqişəsi kimi göstərilməsi əslində bu qurumda olan bəzi dairələrin beynəlxalq hüquqa olan münasibətini göstərir: "Çünki burada söhbət işğal faktından gedir və təqdim olunan qətnamədə də bu, öz əksini tapıb. Hərhalda ümid edirəm ki, məruzəçi Robert Volterin Azərbaycanda səfərdə olduğu müddətdə şahidi olduğu bütün faktları olduğu kimi qeyd edəcək və Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı obyektiv bir məruzə hazırlayacaqdır".

sia.az

Digər xəbərlər