PDF Oxu

Siyasət

  • 54

KİVDF müsabiqə qaliblərini mükafatlandırdı TƏDBİR

KİVDF müsabiqə qaliblərini mükafatlandırdı TƏDBİR

Bu gün "Altun Saray"da Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) tərəfindən keçirilmiş fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması münasibətilə tədbir keçirilib. Tədbirdə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Milli Məclisin vitse-spikerləri Ziyafət Əsgərov, Bahar Muradova, millət vəkilləri və media nümayəndələri iştirak ediblər.SİA-nın verdiyi xəbərə görə, mükafatlandırma mərasimində çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov qalibləri təbrik edib və onlara yaradıcılıq uğurları arzulayıb. Fərdi jurnalist yazıları müsabiqələrinin ənənəvi hal aldığını deyən Əli Həsənov bildirib ki, bu tədbirlər medianın inkişafına öz təsirini göstərir. O, əmin olduğunu vurğulayıb ki, media işçiləri demokratik dövlət quruculuğuna bundan sonra da öz təhfəsini verəcəklər. Daha sonra çıxış edən Fondun icraçı direktoru Vüqar Səfərli müsabiqənin keçirilmə qaydaları və nəticələri ilə bağlı məlumat verib və qalibləri təbrik edib. Vüqar Səfərli Fondun hər il Novruz Bayramı, Mətbuat Günü və Yeni il Bayramı ərəfəsində fərdi jurnalist yazıları müsabiqələrini keçirdiyini, bu müsabiqələrin sayının gələcəkdə daha da artıralacağını qeyd edib.Çıxışlardan sonra qaliblər mükafatlandırılıb. Mükafatlandırma mərasimi ziyafətlə davam etdirilib.

sia.az

Digər xəbərlər