PDF Oxu

Siyasət

  • 22

"Gənc Əkinçi"nin növbəti təlimləri

"Gənc Əkinçi"nin növbəti təlimləri

"İrəli" İctimai Birliyinin gənclərin maarifləndirilməsi sahəsində fəaliyyətini davam etdirərək Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu ilə birgə təşkil etdiyi "Gənc Əkinçi" layihəsi artıq ikinci gündür ki, öz işini davam etdirir. SİA-nın məlumatına görə, "Gənc Əkinçi"nin əsas məqsədi Azərbaycanda peşəkar jurnalistikanı formalaşdırmaq, fəaliyyət göstərən kütləvi informasiya vasitələri arasında mövcud əlaqələri inkişaf etdirmək, yeni əlaqələrin qurulmasına şərait yaratmaqdır.Ümumilikdə layihədə 35 gənc jurnalist iştirak edir. Layihəyə cəlb edilən gənc jurnalistlərə peşakar təlimçilər və ixtisaslı kadrlar tərəfindən müxtəlif təlimlər, seminarlar keçirilir. Layihənin əsas hədəflərindən biri də təlimdə iştirak etmiş gənc jurnalistlərin komandasının formalaşdırıması, onların Azərbaycan həqiqətləri barədə xarici ölkə mətbuatına çıxışını təmin etməkdir.Akademiya iştirakçıları bu gün İsmayıllı rayonunun Mədəniyyət sarayında təlimlərə qatılıblar. Təlimçi qismində iştirak edən "Trend" İnformasiya agentliyinin əməkdaşı İlkin İzzət gənc jurnalistlərə hərbi və ekstrimal jurnalistika haqqında ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, mənim Azərbaycan vətəndaşım olmağım mənim peşəkarlığımdan daha üstündür: "Bu gün hərbi sirlərin və təmas xətlərimizin sosial şəbəkələrdə yayılması heç də düzgün deyil. Çünki düşmən tərəfi ölkəmizin sirləri haqqında ətraflı məlumat edərək mövqelərimizə hücum edə bilər. Azərbaycan mətbuatında bəzi peşəkarlar jurnalistlər var ki, onlar hələ də jurnalistika peşəsinin nə dərəcədə məsuliyyətli olduğunu dərk etmir".Daha sonra iştirakçıların ekspert Rövşən Rzayevlə görüşü olub. İctimai müzakirə ətrafında isə KİV-də Qarabağ problemi mövzusunda Elşad Eyvazlının mühazirəsi olub.Qeyd edək ki, martın 12-dən start verilən layihəyə martın 15-də yekun vurulacaq.

sia.az

Digər xəbərlər