PDF Oxu

Siyasət

  • 25

Bələdiyyə qulluqçularının etik davranışları müzakirə olundu

Bələdiyyə qulluqçularının etik davranışları müzakirə olundu

Milli Məclisin Regional Məsələlər Komitəsinin bu gün keçirilən iclasında "Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. SİA-nın məlumatına görə, komitə sədri Arif Rəhimzadə deyib ki, birinci oxunuşdan sonra qanun layihəsinə bir sıra düzəlişlər olunub.Onun sözlərinə görə, layihənin 15-ci maddəsinin ikinci bəndində edilən dəyişikliyə əsasən "yerli özünüidarə orqanı" sözləri "yerli özünü idarə orqanları üçün müəyyən olunmuş xidməti informasiyanın təqdim edilməsi qaydalarına əməl etməlidir" kimi yazılması qərara alınıb: "İkinci düzəliş 17-ci maddəyə edilib. Bu da işçi qaydasında razılaşdırılıb. Bu maddənin 17.0.1 bəndində nəzərdə tutulub ki, "Bələdiyyə qulluqçusunun davranışının etik qaydalarına uyğunluğu onun özü, birbaşa və ya yuxarı rəhbəri tərəfindən müntəzəm təhlil edilir. Təklif olundu ki, "birbaşa və ya" sözü çıxarılsın və "birbaşa və" kimi qeyd edilsin. Bundan başqa 20-ci maddənin 20.1 bəndində nəzərdə tutulan "Etik davranış qaydalarının pozulmasına görə aşağıdakı intizam məsuliyyəti tədbirlərindən biri tətbiq edilə bilər" müddəasının "20.1.3. başqa vəzifəyə keçirmək", "aşağı vəzifəyə keçirmək" kimi yazılacaq. Bundan başqa, 20.3 bəndində göstərilən "Etik davranış qaydalarını pozmuş bələdiyyə qulluqçusuna intizam məsuliyyəti pozuntunun aşkar edildiyi gündən etibarən 30 gün müddətində tətbiq edilə bilər" sözləri "30 gün müddətində tətbiq edilir" kimi yazılması qərara alınıb".Komitə sədrinin müavini Fəttah Heydərov qanun layihəsini yüksək qiymətləndirib və qəbulunun zəruriliyini diqqətə çatdırıb.Daha sonra qanun layihəsi ikinci oxunuşda müzakirə olunub.Sonda qanun layihəsi ikinci oxunuşda da plenar iclasa tövsiyə olunub.

sia.az

Digər xəbərlər