PDF Oxu

Siyasət

  • 35

"Hər birimiz bir gül əkək"

"Hər birimiz bir gül əkək"

YAP Nəsimi rayon təşkilatı tərəfindən keçirilən ağacəkmə aksiyasında 300-dən artıq ağac əkildi

Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət, iqtisadi inkişaf, ölkədə hökm sürən sabitlik, əmin-amanlıq dünya miqyasında Azərbaycanın imicinin yüksəlməsinə səbəb olmuşdur. Avropa Olimpiya Komitəsinin Baş Məclisində 2015-ci ildə Birinci Avropa Oyunlarının Azərbaycanda - Bakıda keçirilməsi haqqında qərarın qəbul edilməsi, bu inamdan meydana gəlmişdir. Ölkəmizdə Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi məqsədilə abadlıq- quruculuq işlər aparılır, yaşıllaşdırma istiqamətində müxtəlif növ dekorativ ağac və kollar əkilir, yaşıllıq zolaqları genişlədirilir. Bu məqsədlə dünən Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı tərəfindən "Hər birimiz bir gül əkək" adlı ağacəkmə aksiyası keçirildi. YAP Nəsimi rayon təşkilatının fəal gənclərinin iştrakilə keçirilən ağacəkmə koipaniyasının başlıca məqsədi ölkəmizdə gedən Birinci Avropa Oyunlarına hazırlıq prosesinə öz töhfəsini verməkdir.

Nəsimi rayonu ərazisində yerləşən Zorge Parkında keçirilən aksiyada 100-ə yaxın fəal gəncin iştirak etdiyi aksiyada 300-dən artıq 30 növ ağac əkildi. Ətraf mühitin sağlamlaşdırılması, ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində həyata keçirilən genişmiqyaslı aksiyaya gənclər yüksək fəallıqla qoşulmuşdular.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər