Sabah - martın 17-də Azərbaycan Milli Məclisinin plenar iclası keçiriləcək. SİA-nın xəbərinə görə, iclasda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü ildə fəaliyyəti haqqında hesabatı dinləniləcək.Hesabatı parlamentdə baş nazir Artur Rasi-zadənin təqdim etməsi nəzərdə tutulub. Hesabatla bağlı müzakirələrin iki gün davam edəcəyi gözlənilir.
sia.az