"Mən şəxsən mitinqdə iştirak edən bir insan kimi onu deyə bilərəm ki, gözlədiyimizdən çox zəif keçdi. Təəssüf ki, geniş insan kütləsinin müxalifətin aksiyalarına qoşulmağının şahidi olmuruq". Bu fikirləri SİA-ya Müsavat Partiyası Məclisinin üzvü Mustafa Hacıbəyli "Milli Şura"nın mart ayının 15-də keçirdiyi mitinqlə bağlı açıqlama verərkən deyib.Onun sözlərinə görə, insanların biganəliyi onları bu mitinqlərdən kənarda qoyur: "Bu baxımdan keçirilən mitinq də istisna deyil. Əksəriyyət müxalifət partiyalarının fəal üzvləri idi. Həmişə iştirak edən eyni insanlardan ibarət mitinqi qənaətbəxş hesab etmirəm".
sia.az