"Kərkükdə Kərkük bayrağı ilə Azərbaycan bayrağının yanaşı dalğalanması çox qürurverici haldır". Bu sözləri SİA-ya açıqlamasında Azəri Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı deyib.Onun sözlərinə görə, Kərkükdə Azərbaycan bayrağının dalğalanması özümüzün-özümüzə sahib çıxmağımız kimi anlaşılmalıdır: "Kərkükdə yaşayanların soykökünə nəzər salsaq görərik ki, orada yaşayanların böyük əksəriyyəti, məhz Azərbaycan türküdür. Bu səbəbdən də Azərbaycan bayrağının Kərkük bayrağı ilə birlikdə Kərkükdə dalğalanması hər bir Azərbaycan türkü üçün qürurverici bir hadisədir. Sivil toplum quruluşları bu yöndə öz fəaliyyətlərini artırmalı və Kərkük türklərinin səsini bütün dünyaya çatdırmalıdırlar. Çox təəssüf ki, ölkəmizdə fəaliyyət göstərən bir sıra siyasi partiyalar və QHT-lər Kərkükün səsinə-səs vermədilər. Bu çox üzücü bir haldır. Biz neçə müddətdir ki, bu yolda mübarizə aparırıq. Ancaq təəssüf ki, Kərkük xalqına sahib çıxa bilmirik".
sia.az