PDF Oxu

Siyasət

  • 23

Elşən Musayev: “Bu, illərdir davam edən fərdi mübarizədir”

Elşən Musayev: “Bu, illərdir davam edən fərdi mübarizədir”

"Ümumiyyətlə Azərbaycanın müxalif cəbhəsində xüsusilə də radikal müxalifət düşərgəsində mənəm-mənəmlik sindromu, müxalifət monopoliyasını zəbt etmə arzusu həmişə gündəmdə olan əsas məsələləridir". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev deyib.Onun sözlərinə görə, müxalifət nümayəndələrinin əsas mübarizəsi hakimiyyətə gəlmək uğrunda deyil, hərçənd ki siyasi partiyanın ilkin məqsədi məhz hakimiyyətə gəlmək olmalıdır: "Onların ən böyük mübarizəsi müxalifətdə kimin birinci, kimin ikinci yerdə olması ilə bağlıdır. Çünki, beynəlxalq fondlar, xaricdən gələn pullar məhz ana müxalifət adı ilə tanınan təşkilatlara verilir. Təbii ki, bizdə "ana və ata" müxalifətin fərqi bilinmədiyinə görə pulların da kimə gəldiyi məlum deyil. Odur ki, Əli Kərimlinin bu gün Arif Hacılı haqqında hər hansısa bir fikir söyləməsinə də təəccüblənmək lazım deyil. Bu illərdir davam edən bir fərdi mübarizədir. Bu şəxslər hər hansısa ideoloji mübarizə aparmaq üçün heç bir idealogiyaya sahib deyillər. Qurduqları təşkilatları da məhz şəxsiyyətə pərəstiş üzərində qurublar. Hər halda keçirilən aksiyanın da nəticəsiz qalması müxalif qüvvələrin növbəti dəfə fiaskoya uğradığının əyani sübutudur".

sia.az

Digər xəbərlər